Bölgə xəbərləri

Tovuzda avtomat satmaq istəyən şəxs saxlanılıb – FOTO

8 may / 08:12 2 dəq
64586e95a955564586e95a9556168351707764586e95a955064586e95a9552
8 may / 08:12
Burada sizin reklamınız ola bilər

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs salxanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R. Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.

Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 18 ədəd patron və narkotik vasitə olan marixuana aşkar olunaraq götürlüb. Şübhəli şəxs ifadəsində narkotik istifadəçisi olduğunu, odlu silahı satmaq üçün Tovuz rayonuna müşxtəri tapmağa gəldiyini etiraf edib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

64586e95c7a4e64586e95c7a4f168351707764586e95c7a4c64586e95c7a4d (1)64586e95b2ad864586e95b2ad9168351707764586e95b2ad664586e95b2ad7

64586e95b6e0664586e95b6e07168351707764586e95b6e0464586e95b6e0564586e95bf20a64586e95bf20b168351707764586e95bf20864586e95bf209

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər