Çin Fransadan məhsul almağa və onun iqtisadiyyatına sərmayə qoymağa hazırdır-VAN İ
Çin Fransadan idxalı artırmaq və bu ölkənin iqtisadiyyatına daha çox milli sərmayə cəlb etmək niyyətindədir.
Bu barədə Çinin xarici işlər naziri Van İ Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz yüksək keyfiyyətli Fransa məhsullarını daha çox idxal etməyə, güclü Çin şirkətlərinin Fransaya sərmayələrini dəstəkləməyə hazırıq”, – deyə Van İ vurğulayıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı