Dünya

Rusiya nümayəndələri Azərbaycana gələcək

4 sentyabr / 11:45 1 dəq
Rus nazir
4 sentyabr / 11:45
Burada sizin reklamınız ola bilər

Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək.

Qerbxeber.com  APA-ya istinadən xəbər verir ki, bunu Şərq İqtisadi Forumunda çıxış edən Rusiyanın idman naziri Mixail Deqtyarev deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər etməyə hazırlaşır: “Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm”.

Qeyd edək ki, üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.

Paylaş
Burada sizin reklamınız ola bilər