Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İrəvan BMT TŞ-də məğlub oldu: bundan sonra nələr olacaq?

17 avqust / 09:32 3 dəq
Indir 2023 08 17T093216.361
17 avqust / 09:32
Burada sizin reklamınız ola bilər

BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə keçirilən iclası başa çatdı və yekunda heç bir qərar qəbul olunmadı: nə qətnamə, nə bəyanat, nə də mətbuata açıqlama.

Qətnamə və bəyanatın qəbul edilməsi gözlənilən deyildi. Prosedur qaydalarına görə hansısa qərarın – qətnamə, yaxud qərarın qəbulu üçün ya yekdilliklə səsvermə, ya da çoxluğun səsi – 5 daimi üzvün hamısının da daxil olduğu 9 səs – lazımdır. Bunun mümkünsüz olduğu əvvəldən bəlli idi, xüsusilə Rusiyanın bölgədəki maraqları fonunda BMT-dən qərarın çıxmasına qarşı olması, o cümlədən, daimi və qeyri-daimi üzvlər arasında Azərbaycanlı dəstəkləyən ölkələrin mövcudluğu fonunda.

Ermənistan üçün yeganə qazanc mətbuata açıqlamanın qəbul edilməsi ola bilərdi. Hərçənd, adətən belə açıqlamalar əvvəldən razılaşdırılır və bunu çıxışların istiqamətindən hiss etmək olur. Lakin müzakirələrdə çıxış edən 15 üzv ölkənin nümayəndələrinin fikirləri mətbuata açıqlamanın belə olmayacağını göstərirdi.

Birincisi, Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyənlər də oldu, xüsusilə qeyri-daimi üzv olan Albaniya nümayəndəsinin çıxışı bu yöndə idi;

İkincisi, bütün nümayəndələrin çıxışları tövsiyə xarakteri daşıyırdı: tərəflər arasında etimad mühitinin qorunması, sülh danışıqlarının davam etməsi və bütün bunların fonunda Laçın yolunun açılması və s;

Yekunda mətbuata birgə açıqlama da daxil olmaqla heç bir qərar qəbul olunmadı. İclas başa çatdı və Ermənistan üçün sıfır nəticə ortaya çıxdı.

İstisna deyil ki, BMT TŞ-də ümidini itirən Ermənistan və onun dəstəklədiyi Qarabağdakı separatçılar reinteqrasiya və Ağdam-Xankəndi marşrutunun qarşısını almaq üçün son kartları olan silahlı toqquşmaya gedəcəklər. Belə senari Azərbaycana separatizmin ləğv edilməsi və erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması məqsədilə problemi birdəfəlik həll etmək hüququ verir.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı