Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir

16 iyul / 15:33 2 dəq
7269fd01 08c2 3356 871e e7c44760d9ed
16 iyul / 15:33
Burada sizin reklamınız ola bilər

Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında bir qrup azərbaycanlı gənc səssiz etiraz aksiyası keçirir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlarına etiraz bildirilir.

İngilis dilində “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!” və “Dağlıq Qarabağın işğalına son!” yazılan köynəklər geyinən gənclər səfirliyin binası qarşısında 1 saat ərzində səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan aksiyaçıların üzündə “Stop COVID-19” və “Stop Armenia” yazılı maskalar da olub. 

Aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn aksiyanın məqsədindən danışıb: “Beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb edirik. Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanını yerdə qoymayacağıq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı