ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyaya xəbərdarlıq edib.
“Qərb xəbər” TASS-a istinadən xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO müttəfiqlərinin Kremlə qarşı ciddi sanksiyalar paketi hazırladığını diqqətə çatdırıb.
O bildirib ki, əgər Moskva ritorikanı davam etdirərsə, ciddi sanksiyalar tətbiq olunacaq: “Rusiya dialoq üçün imkanlar pəncərəsini daraltmağa davam edir.
O, buna hazır olduğunu deyir. Əgər Moskva bu ritorikanı davam etdirərsə, biz Moskvaya ciddi sanksiyalar tətbiq edəcəyik. Artıq sanksiyalar paketi hazırlamışıq. Onlar kifayət qədər sərtdir”, – deyə vitse-prezident vurğulayıb.