Gürcüstan sərhədindən 1 kilometr aralıda -Ermənistanda zəlzələ baş verib.
“Qərb xəbər” 24News.ge xəbər portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Tbilisi vaxtı ilə saat 21:19-da baş verib və episentrdə təkanların gücü 3,5 bal gücündə olub.