Qazaxda zəhərlənmə hadisəsi baş verib
Qazaxda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
“Qərb Xəbər”in məlumatına görə, Xanlıqlar kəndində baş verən hadisədə zəhələnən bir ailə 6 üzvü xəstəxanaya çatdırılıb.
Zərərçəkmiş ailə üzvləri 1984-cü il təvəllüdlü S.Nəsibova, 1988-ci il təvəllüdlü Ş.Ələkbərova, 2014-cü il təvəllüdlü X.Qoruçlu, 2017-ci il təvəllüdlü N.Qoruçlu, yaş yarımlıq L.Qoruçlu və 8 aylıq körpə C.Qoruçlunun vəziyyətlərinin sabit olduğu, həkimlər tərəfindən tibbi yardım göstərildiyi bildirilir.
Onların ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalara aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı