Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Azərbaycan bu ölkələrə kombi ixrac edə bilər

26 avqust / 13:24 2 dəq
7c3beb2c 8fec 4863 a832 70d8906a5f8b
26 avqust / 13:24
Burada sizin reklamınız ola bilər

Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu olan “Elektrogas” MMC MDB ölkələrinə kombilərin ixracını təşkil etmək istəyir.

Bunu yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib.

Onun sözlərinə görə, zavod hazırda Rusiya, Gürcüstan və Ukrayna ilə danışıqlar aparır: “Bəzi məsələlər həll edildikdən sonra növbəti ay ixraca başlayacayıq. Rusiya bazarı bizim üçün çox maraqlıdır”.

E.Cəmilli vurğulayıb ki, Azərbaycan bazarına ildə 150 min kombi idxal edilir: “Azərbaycana Çin, Türkiyə, İran və digər ölkələrdən kombi idxal edilir. Həmin kombilərin təqribi 100 min ədədi Çinin payına düşür. Azərbaycan bazarında kombinin ən ucuz qiyməti 550 AZN-dir. Bizim müəssisənin istehsalı olan kombilərin satış qiyməti isə 450 manata qədərdir. Gələcəkdə bu məbləğin 400 manata qədər olacağını planlaşdırırıq. İndiyədək bazara bizim zavodun istehsalı olan 1000-dən çox kombi çıxarılıb”.

Zavodun direktoru qeyd etdi ki, “Elektrogas” MMC-nin aylıq istehsal gücü 10 min ədəddən çoxdur: “Bir neçə dövlət layihələri çərçivəsində bizim müəssisənin kombiləri satılıb. Malın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur”.

O qeyd edib ki, biz burda təkcə kombi deyil eyni zamanda isti su qızdırıcıları, həmçinin elektrikli su qızdırıcıları da istehsal etməyi planlaşdırırıq.

Xatırladaq ki, avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi ilə, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək, E.Cəmilli bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı