“Azərbaycan dövlətinə, prezidentinə, ordusuna və xalqına ürəkdən inanır və dəstək veririk”.
“Qərb Xəbər”in məlumatına görə, Türkiyənin 73 Qeyri-Hökumət Təşkilatı (Anadolu Avrasiya və Şəhid Ailələri Həmrəylik və Yardımlaşma Dərnəyi, Konstitusiya Məhkəməsi Əməkdaşları, Dünya Uşaq və Gənclik Dərnəyi, Türk Dünyası qadınları Dostluq və Həmrəylik Dərnəyi, Köçəri Türkmən Vəqfi, Türk Əqli Düşüncə Birliyi, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi, Türk Hərəkatı Dərnəyi, Türk Ocaqları və s.) Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə verdikləri dəstək mesajında belə bildirilib.
Qeyd olunub ki, Azərbaycan tarixi torpaqları olan Qarabağ və ətraf ərazilərini işğaldan azad etmək üçün kifayət qədər hərbi qüdrəti, düzgün və ədalətli siyasəti var: “Tarixi hərb meydanlarında qurub, mədəniyyət sahələrində yaşadan türklər Qarabağı da geri almaq gücündədir”.