Bərdə rayonunda “Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər” layihəsinin icrası başa çatıb.
Bərdə rayonunda 2024-cü ilin iyul ayından icrasına başlanılan ‘Dayanıqlı İnkişaf naminə Bacarıqlı Bizneslər’ layihəsi fevral ayında yekunlaşdı.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Qerbxeber.com verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri, xüsusilə vergi hesabatlarında çətinliklərlə üzləşirlər. Bu, maliyyə idarəçiliyi və vergi məsələləri baxımından ciddi problemlərə yol açır, hansı ki, maliyyə cərimələri kimi əlavə ödənişlər yaranır. “Sözügedən layihənin icrası ilə, 8 ay ərzində, biz bu kimi problemləri həll etmək məqsədilə, layihə çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətlərə (MMC) və sahibkarlıq subyektlərinə, peşəkar ekspertlərin dəstəyi ilə maliyyə savadlılığı üzrə təlimlər və vörkşoplar keçirilib; eyni zamanda, iştirakçıları həvəsləndirmək məqsədilə regiondakı uğurlu biznes qurumlarına səfərlər təşkil edilib ki, bu da iştirakçıların uğurlu bizneslərlə şəxsən tanış olub, onlarla fikir mübadiləsi etmələrinə şərait yaradıb. Layihə rəhbərinin sözlərinə görə, adları çəkilən fəaliyyətlərdən başqa, 3 ay boyunca MMC-lər və yeni biznesə başlamaqda maraqlı olanlar üçün peşəkar mentorlar tərəfindən mentorluq dəstəyi göstərilib.
Layihənin icrası zamanı bir çox dövlət və özəl qurumlarla – Azərbaycan Respublikası Mərkəzi Bankı, AccessBank, EducationHub, KOBİM və başqaları ilə əməkdaşlıq edilib.
Qeyd edək ki, layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənib.