Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər” bildirir ki, hadisə rayonun Qovlar şəhər ərazisində qeydə alınıb.
“VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri, 1989-cu il təvəllüdlü Ceyhun Hacıyev və 1986-cı il təvəllüdlü Üzeyir Xaqverdiyev xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.