“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.
“Qərb Xəbər” Unikal.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.
Qeyd edək ki, ötən gün saytın direktoru Ülvi Həsənli saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.