Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Azərbaycana 60 sm qar yağdı – Faktiki hava

25 mart / 15:18 2 dəq
Qar
25 mart / 15:18
Burada sizin reklamınız ola bilər

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, martın 25-i saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb.

Bakıda və Abşeron yarımadasında isə səhər saatlarınadək yağış davam edib.

Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 7.0 mm, Çilov adası, Bakıda 4.0 mm, Binədə 2.0 mm, Maştağa, Sumqayıt, Pirallahıda 1.0 mm-dək, Neftçalada 7.0 mm, Astara, Balakəndə 4.0 mm, Şahdağ, Sarıbaş (Qax), Lənkəranda 3.0 mm, Ləzə, Biləsuvar, İmişli, Kürdəmir, Zaqatala, Ağdam, Gədəbəydə 2.0 mm, Ordubad, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Xınalıq, Yevlax, Zərdab, Beyləqan, Sabirabad, Salyan, Yardımlı, Ağsu, Kiş (Şəki), Şabranda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Lerikdə 60 sm, Şahdağda 55 sm, Xaltanda 48 sm, Ağdərədə (Ordubad) 34 sm, Altıağacda 32 sm, Kiş (Şəkidə) 30 sm, Ləzədə 22 sm, Xınalıq, Daşkəsəndə 16 sm, Qrızda 12 sm, Göygöldə 10 sm, Şamaxıda 8.0 mm, İvanovkada (İsmayılı) 5 sm, Qəbələdə 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Şabranda 20 m/s, Altıağacda 17 sm, Naxçıvanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 7°-dək şaxta, dağlıq rayonlarda 12°-dək şaxta, aran rayonlarında 4°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-sı gündüzədək davam edəcək. 27-28-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.

qerbxeber.сom

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı