“Avrasiya İqtisadi Birliyi 200 milyon insanı əhatə edən böyük bir coğrafiyanı əhatə edir. Azərbaycan bu birliyin toplantısına qonaq kimi dəvət olunsa da, daha çox Prezident İlham Əliyevin timsalında söz sahibi kimi çıxışı ilə yadda qaldı”.
Bunu Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc deyib.
Komitə sədri əlavə edib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə yüksək səviyyədə münasibətləri var: “Azərbaycana siyasi və iqtisadi olaraq heç bir basqı müzakirə mövzusu deyil. Azərbaycan Avrasiya İqtisadi Birliyi ilə müzakirə apararkən Avropa İttifaqı və digər dövlətlərlə olan iqtisadi əlaqələrindən və maraqlarından imtina etmir”.
Bakıvaxtı.az