ABŞ İranın cənubunu bombaladı: SEPAHın 4 üzvi həlak oldu
ABŞ hərbçiləri İranın cənub hissəsində yerləşən bir sıra hədəflərə zərbələr endirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Teleqraf ,ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokinsə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu “özünümüdafiə məqsədilə” İran Silahlı Qüvvələrindən qaynaqlandığı iddia edilən təhdidlərin qarşısını almaq üçün əməliyyat həyata keçirib.
“ABŞ Silahlı Qüvvələri bu gün İranın cənubunda qüvvələrimizi qorumaq məqsədilə özünümüdafiə xarakterli zərbələr endirib. Hədəflər arasında raket buraxılış meydançaları və İran katerləri olub”, – Tim Hokinsin sözlərini “Fox News” telekanalı yayıb.
CENTCOM-un iddiasına görə, ABŞ tərəfindən vurulan İran katerləri guya mina yerləşdirməyə cəhd göstərib.
