Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Bu rayonlarda qaz kəmərləri təmir olunub

27 fevral / 12:07 2 dəq
F2017a5a f507 4769 8f35 9305be1c213a
27 fevral / 12:07
Burada sizin reklamınız ola bilər

2019-cu ildə Azərbaycanın bölgələrində ümumi uzunluğu 18 kilometrdən çox olan 530 mm diametrində qaz kəmərləri torpaqdan təmizlənərək beton dirəklər üzərinə qaldırılıb. 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, uzun müddət müxtəlif təsirlərdən torpaq qatı ilə örtülən kəmərlərin dirəklərə qaldırılaraq yenidən boyanması, onların istifadə müddətini xeyli artırmış olacaq. Qazax rayonu Əskipara Qaz Paylayıcı Stansiyasından Quşçuayrım istiqamətində 7300 metr, Ağstafa rayonu Saloğlu-Poylu istiqamətində 3800 metr, Gəncə-Göygöl istiqamətində 7500 metr uzunluğunda olan kəmərlər əvvəlki görkəminə qaytarılıb.

2020-ci ildə də bu sahədə görüləcək işlərə artıq start verilib. Ümumi uzunluğu 16 km-dən çox olan Gəncə-Dəlimmədli istiqamətindəki qaz kəməri, Bərdə, Cəlilabad rayonlarındakı qaz kəmərləri, Masallı rayonunda “Bambaşı” və “Şərəfə” qaz kəmərləri il ərzində təmir edilərək beton dirəklər üzərinə qaldırılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı