Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 1-i saat 06:00-dək uzadılıb”, – qərarda yazılıb.
Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-i saat 6:00-a qədər uzadılmışdı