Dünya

Kreml: Fransanın Ukraynaya hərbçi göndərməyə hazır olması ilə bağlı bəyanatları təhlükəlidir

11 mart / 14:03 1 dəq
65eecbf29485e65eecbf29485f1710148594ea98e37a477b587b6a50d288865644e2
11 mart / 14:03
Burada sizin reklamınız ola bilər

Rusiya kəşfiyyat xidmətləri uzun müddətdir Ukraynada NATO ilə əlaqəli şəxslərin olması barədə məlumatlara malikdir.

Qerbxeber.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Fransanın Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq cəhdlərini çox təhlükəli adlandırıb.

“Parisin Ukraynaya hərbçi göndərməyə hazır olması ilə bağlı bəyanatları arzuolunmaz nəticələrə gətirib çıxara biləcək təhlükəli xətdir. Rusiya uzun müddətdir NATO ilə birbaşa əlaqəli şəxslərin Ukrayna ərazisində olması barədə məlumatlıdır”, – Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər