Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Pensiyalar nə qədər artacaq?

25 dekabr / 16:02 2 dəq
728a1d72 cbec 4315 8b69 da864bf1d909
25 dekabr / 16:02
Burada sizin reklamınız ola bilər

Novator yenidən pensiyalarda mümkün artım göstəricilərinə nəzər yetirib.

“Əmək pensiyaları haqqında” qanuna görə, 2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalını isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirmək qərara alınıb.

Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğdir.

Pensiya kapitalı fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2019-cu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manata çatıb.

2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsulları və xidmətlərin isə 2018-ci ilin eyni dövrünə nisbətən 2,6 faiz bahalaşdığı açıqlanıb.

Hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manatdır. Ölkə üzrə orta aylıq nominal əməkhaqqının 13,7 faiz artmasından çıxış etsək, 2020-ci ilin indeksləşdirməsi nəticəsində minimum pensiya məbləği 27,4 manat artacaq.

Rəsmi hesabata görə, 2019-cu il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 282 min nəfər pensiyaçı qeydiyyatda olub. Aylıq pensiyaların orta məbləği 240,6 manat göstərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı