Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Bombalanan Ukrayna Türkiyədən kömək istədi

Ukraine turkey flags

Ukrayna Türkiyəni ölkəyə öz dəstəyini göstərməyə çağırıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə məlumatı Ukraynanın Türkiyədəki səfirliyi öz rəsmi tviter hesabında paylaşıb. “Rusiya Federasiyası Ukraynaya qarşı müharibə başladıb. Ukraynanın dinc şəhərləri bombalanır. Strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq”, – deyə səfirlik qeyd edib. qerbxeber.com

Ukrayna dünyaya bildirdi: 50 rus əsgəri öldürüldü

Ukrainian soldiers

Bu gün gərginləşən Rusiya-Ukrayna savaşı daha da, şiddətlənib. “Qərb Xəbər” məlumat verir ki, Ukrayna ordu rəsmiləri 50 rus əsgərinin öldürüldüyünü açıqlayıb.  Ukraynanın prezident xidməti vəziyyətin nəzarət altında olduğunu bildirib. Ukrayna prezidenti Vladimir Zelenski isə son damla qanlarına qədər savaşacaqlarını bildirərək ölkədə elan etdiyi fövqəladə vəziyyətə diqqət çəkib. / Superhaber   Arzu Sayadoğlu qerbxeber.com

Rus ordusu Xarkovda.

Rus ordu1

Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, – məlumatda vurğulanıb.

Rusiyanın 6 təyyarəsi, 2 helikopteri, 2 tankı vurulub – DƏHŞƏTLİ SAVAŞDAN FOTOLAR

Russian Ukraine war (10)

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiya təyyarəsini vurub.   “Qərb Xəbər” “Reuters”ə istinadla məlumat verir ki, bu barədə “ Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy bildirib. Onun sözlərinə görə, Birləşmiş Qüvvələr Əməliyyatının həyata keçirildiyi ərazidə Rusiyanın 5 təyyarəsi və 2 helikopteri vurulub, 2 tankı və bir neçə yük avtomobili sıradan çıxarılıb. *** … Read more

SON DƏQİQƏ: Silah anbarları partladıldı, 8 nəfər öldü, 9 nəfər yaralandı – Vəziyyət gərginləşdi – “Qərb Xəbər” Kiyevdə (FOTO)

Xarkovda partlayış anı

Ukraynada fövqəladə vəziyyət elan edildikdən və Rusiyanın bu ölkəyə hücumundan sonra bu ölkədə vəziyyət daha da mürəkkəbləşib.   “Qərb Xəbər” Kiyevdən bildirir ki, hazırda Ukraynada bütün ölkə ərazisində bankomatlarda, mağazalarda və yanacaq doldurma məntəqələrinin qarşısında uzun növbələr və tıxaclar yaranıb. Vətəndaşlar yaşayış yerlərini tərk etməyə çalışır. Avtomobil yollarında tıxaclar var. Buna səbəb  Ukrayna hökumətinin Kiyevin … Read more

Rəsmi Kiyevdən növbəti sərt açıqlama: “Hücumun məqsədi Ukrayna dövlətini məhv etmək, şəhərləri işğal etməkdir”

Putin zelensky

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını elan etdi. Hərbi hücum əməliyyatının məqsədi Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunmasıdır”.   “Qərb Xəbər” “Qafqazinfo“ya istinadla məlumat verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. Məlumatda qeyd olunur ki, Rusiya qoşunları müxtəlif … Read more

Türkiyə rəsmiləri Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb – Ərdoğan Putinlə telefonla danışdı

Guvenlik Kurulu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.   “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Sabah” qəzeti yazıb. Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. qerbxeber.com

Putin dünyaya meydan oxudu: Rusiyaya birbaşa hücum təcavüzkarın darmadağın edilməsi və dəhşətli nəticələrə gətirib çıxaracaq”

Vladimir Putin

“Heç kimdə şübhə olmamalıdır ki, Rusiyaya birbaşa hücum potensial təcavüzkarın darmadağın edilməsi və onun üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”.   “Qərb Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. “Kimsə bizə mane olmağa, xüsusən ölkəmiz üçün, xalqımız üçün təhlükə yaratmağa çalışsa, bilməlidir ki, Rusiyanın cavabı özünü gözlətməyəcək və … Read more

Kiyevdə 20 partlayış oldu, panikalı insanlar sığınacaqlara yönləndirilirlər – “Qərb Xəbər” Ukraynadan bildirir

UKRAINE RUSSIA MILITARY CONFLICT

Hərbi fazaya yüksələn Ukrayna-Rusiya gərginliyi artıq savaşa çevrilib. “Qərb Xəbər” Kiyevdəki əməkdaşı məlumat verir ki, bu gün saat 05:45-də ümumi həyəcan elan edilib. Buna səbəb Rusiyanın Ukraynaya hücum etməsi göstərilir. Kiyevdən bu gün saat 11:02-də bizə verilən məlumata görə, paytaxtda 20 partlayış eşidilib. Hökumət rəsmiləri əhalini Hava Hücumundan Müdafiə sığınacaqlarına yönləndiriblər. Yaşanan panika insanları narahat … Read more

Dünyanı silkələyən Rusiya-Ukrayna savaşı başladı: Ukrayna XİN ÖNƏMLİ açıqlamanı dünyaya elan etdi

Russian armyy

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını elan etdi. Hərbi hücum əməliyyatının məqsədi Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunmasıdır”. “Qərb Xəbər” “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb. Məlumatda qeyd olunur ki, Rusiya qoşunları müxtəlif istiqamətlərdən … Read more

Ukraynanın havadan müdafiə sistemi məhv edilib?

86df0088f48f67cbbefc474df29864ae

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı daha bir açıqlama yayıb. Rsəmi Moskva Ukraynın bütün hərbi hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını iddia edib. Rusiya MN  həmçinin Ukrayna sərhəd qüvvələrinin Rusiya qoşunlarına heç bir müqavimət göstərmədiyini, ölkənin hərbi aerodromlarının məhv edildiyini iddia edir. Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin aviasiyasını, hərbi infrastrukturunu, hava hücumundan … Read more

Rus dəniz desantlari Odessada

1252957 ti7jfhlwq4

Az əvvəl yayılan xəbərlərə görə Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir. Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib. Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib … Read more

ııı Dünya Müharibəsi başladı?

Neptun raket

Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır. “Qərbxeber” xəbər verir ki, bu barədə Ukrayna  daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib. Onun sözlərinə görə, Kiyev və Xarkova raketlər atılıb. “Hücum başlandı. İndicə Kiyev və Xarkovdakı hərbi mərkəzə raket zərbələri oldu. Sərhəddə artilleriya atışları gedir. Bu gündən dünyada yeni geosiyasi reallıq yaranıdı. … Read more

Medvedev Avropanı qazı bahalaşdıracaqları ilə təhdid edib

Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı qazın bahalaşacağı ilə təhdid edib. “Qərb xəbər” bildirir ki,  Medvedev bu barədə  öz tviter hesabında paylaşım edib. “Almaniyanın kansleri “Şimal axını 2” qaz xəttinin sertifikasiyasını dayandırmağı tapşırıb. Yaxşı, o zaman yeni dünyaya xoş gəlmisiniz. O dünyada ki avropalılar artıq yaxın zamanda qazın min kubmetrinə görə 2 000 … Read more

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Jhjh

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib   Avropa İttifaqı ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib. “Qərb xəbər” TASS-a istinadən məlumat verir ki, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.Bundan başqa Aİ, Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi … Read more

BMT-də Ukrayna ilə bağlı sessiya keçirilir

14772825912567024073 1000x669

BMT Baş Assambleyasının Ukraynadakı son hadisələrə həsr olunmuş sessiyası öz işinə başlayıb. Günün axşam saatlarında BMT Baş Assambleyanın Prezidenti Abdulla Şahidin sədrliyi ilə sessiya keçirilir. Sessiyada iştirak edən Ukrayna XİN rəhbəri Dmitri Kuleba BMT-nin və beynəlxalq ictimaiyyətin sürətli, konkret və qətiyyətli addımlarına ehtiyac olduğunu vurğulayıb. Sessiyanın proqramında Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin də çıxışı nəzərdə tutulub

Bugünə olan Covid statistikası

Coronavirus 2.tmb 1024v

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 979 yeni yoluxma faktı qeydə alınıb, 7 198 nəfər müalicə olunaraq sağalıb. Bu haqda Operativ Qərargah məlumat verib və əlavə edib ki,  27 nəfər Covid xəstəsi vəfat edib. İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524 nəfər müalicə olunaraq sağalıb, 9 307 nəfər … Read more

Müdafiə Nazirliyində yeni həbs

51a4dd37ebb99da140f66312fd8ad22b

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib.

Rusiyaya qarşı sanksiyalar təsdiqləndi

Jhjh

Avropa İttiqafı (Aİ) Rusiya tərəfindən “DXR” və “LXR”-in müstəqilliyinin tanınmasına görə, sanksiyaları rəsmi təsdiqləyib. Bu barədə “RİA Novosti”yə   Fransanın Aİ-dəki nümayəndəsi məlumat verib.