Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiya təyyarəsini vurub.
“Qərb Xəbər” “Reuters”ə istinadla məlumat verir ki, bu barədə “ Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy bildirib. Onun sözlərinə görə, Birləşmiş Qüvvələr Əməliyyatının həyata keçirildiyi ərazidə Rusiyanın 5 təyyarəsi və 2 helikopteri vurulub, 2 tankı və bir neçə yük avtomobili sıradan çıxarılıb.
***
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Luqansk vilayətində 5 Rusiya təyyarəsi və 1 helikopter vurulub.
Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna ərazisində Rusiya təyyarəsinin vurulması barədə məlumatları təkzib edib.
***
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatına görə, Ukraynanın şərqində Rusiyaya məxsus artıq 6-cı təyyarə vurulub.