Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

SON DƏQİQƏ: Silah anbarları partladıldı, 8 nəfər öldü, 9 nəfər yaralandı – Vəziyyət gərginləşdi – “Qərb Xəbər” Kiyevdə (FOTO)

24 fevral / 12:42 2 dəq
Xarkovda partlayış anı
24 fevral / 12:42
Burada sizin reklamınız ola bilər

Ukraynada fövqəladə vəziyyət elan edildikdən və Rusiyanın bu ölkəyə hücumundan sonra bu ölkədə vəziyyət daha da mürəkkəbləşib.

 

“Qərb Xəbər” Kiyevdən bildirir ki, hazırda Ukraynada bütün ölkə ərazisində bankomatlarda, mağazalarda və yanacaq doldurma məntəqələrinin qarşısında uzun növbələr və tıxaclar yaranıb. Vətəndaşlar yaşayış yerlərini tərk etməyə çalışır.

Avtomobil yollarında tıxaclar var. Buna səbəb  Ukrayna hökumətinin Kiyevin mərkəzində çox sayda hərbi qulluqçuların toplamasıdır. Bu ölkədə bütün hava yolları bağlıdır. Uçuşlar dayandırılıb. Yalnız hərbi təyyarələrin hərəkətinə icazə verilir.

Rusiya tərəfi Ukrayna ordusunun Hərbi Hava Hücumundan Müdafiə Sistemlərini və əsgəri silah anbarlarını məhv edib.

Qarşıdurmalar zamanı 8 nəfər ölüb, 9 nəfər yaralanıb.

Kiyev hökuməti əhalinin panikaya düşməməyə, evdə oturmağa və həyəcan “çemodanı”nı (sənədləri və ən zəruri əşyaları) hazırlamağa çağırıb.

 

Ölkədə satılan qatar biletləri tükənib.  Qatarlar çox yavaş hərəkət edirlər.  Stansiyalardakı dayanmanın zaman müddəti uzadılıb.

Sürücülər nəqliyyat vasitələrinin atəşə tutulacağından çəkinirlər. Paytaxt küçələri tədricən boşalır. Silah səslərinin eşidilməsindən sonra insanlar evdən çıxmamağa çalışırlar. Ölkəni tərk etəmk istəyənlər isə, başqa yerlərə üz tuturlar.

Xarkovda partlayışlar yaşanır. Həmin partlayış anının fotosu ilə xəbəri sizə təqdim etmişik.

 

Xüsusi olaraq Kiyevdən,

Olesia Kuçina,

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı