Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

İranlı sürücü Bakıda qəza törətdi – 3 nəfər öldü

Car crash qəza

Bakıda İran vətəndaşının törətdiyi yol qəzası nəticəsində 3 nəfər ölüb. “Qərb Xəbər” məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamaya görə, hadisə ötən gün saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu Sahil qəsəbəsindən keçən ərazidə baş verib. Yolun 28.5 km-də “Hovo” markalı yük avtomobilin qarşıda eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkət edən “QAZ” … Read more

Bayden gələn həftə Avropaya səfər edəcək

Bayden1

ABŞ Prezidenti Co Bayden gələn həftə Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO və Avropa İttifaqı sammitlərində iştirak etmək üçün Avropaya səfər edəcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib. “Gələn həftə Bayden Belçikanın paytaxtı Brüsselə gedəcək və burada martın 24-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı NATO-nun fövqəladə sammitində iştirak edəcək. Bayden … Read more

“Türkiyə ilə sərhədləri açmağa hazırıq” – Mirzoyan

Mirzoyan

“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır”. “Qərb Xəbər” məlumat verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan prosesin bu məqsədə doğru aparılması üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, biz sürətlə konkret … Read more

“Rusiya ilə danışıqlar davam etməlidir” – Zelenski

Zelenski

“Ukrayna nümayəndə heyəti ilə Rusiya arasında danışıqlar davam etməlidir”. “Qərb Xəbər” məlumat verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. “Bu, çətin, lakin vacibdir. Tərəflərin mövqeləri artıq daha real səslənir, lakin hələ də vaxt lazımdır. İstənilən müharibə razılaşma ilə başa çatır. Mənə verilən məlumata görə, görüşlər davam edir. Danışıqlar daha real səslənir. Lakin qərarların … Read more

Ölümsüzlüyün sirləri açıldı – İnsan oğlunun xəyalı gerçək olur: ÖLÜMSÜZ OLMAQ MÜMKÜN OLACAQ(VİDEO)

ölümsüzlük

Ölümsüz olmaq insan oğlunun əsrlərdir yetişmək istədiyi röyasıdır. Dünyanın ən ağıllı başları “Ölümsüzlüyün sirləri”, “Ölümsüzlük mümkündürmü?” – deyə,  maraq ediblər. Hətta bir sıra şahlar “Ölümsüzlük iksiri” kimi dərmanlar da hazırlatmış və ya ölümsüzlüyün çarəsini tapmaq üçün öz elçilərinin dünyanın 4 bir tərəfinə göndərərək “Ölümsüzlük bitkisi” arayışı içərisinə giriblər. Youtube-də “Arzu Sayadoğlu” kanalının ölümsüzlüklə bağlı hazırladığı … Read more

Qulluq stajına görə əlavələr edilmiş pensiyalar ödənib

6231842cc7b0c6231842cc7b0d16474122683f116b2df9f572c6e902ecc89c3a2d0e

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu qulluq stajına görə əlavələr alan pensiyaçıların (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) mart ayı üzrə pensiya ödənişini də başa çatdırıb. Nazirliyin yaydığı məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə həmin şəxslərə 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə … Read more

Deputat Fazil Mustafa: “Ölkəmiz Kür fəlakətinin astanasındadır”

Fazil mustafa

“Ölkəmiz Kür adında ekoloji fəlakətin astanasındadır”.   “Qərb Xəbər” məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Fazil Mustafa qeyd edib. Millət vəkili bildirib ki, bu problem vaxtında həll edilə bilmədi. O, eyni zamanda Azərbaycanda qanunsuz evlərin sənədləşdirilməsi məsələsini də qaldırıb. Qeyd ki, bu … Read more

Daha bir Rusiya generalı öldürüldü – Ukraynadan savaşla bağlı önəmli həmlə (FOTO)

Ukrayna savaşı

Rusiya Silahlı Qüvvələrinin daha bir generalı Ukraynada öldürülüb. “Qərb Xəbər” məlumat verir ki, Ukrayna ordusunun “Azov” alayı ölkə ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu məhv edib. Öldürülən general-mayorun adı açıqlanmayıb. “Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, deyə “Azov” alayının məlumatında bildirilib. qerbxeber.com    

Cəmiyyət tərəfindən qınanılan səfir Elmira Axundova haqqında deputatdan sərt tənqid: Fərarilik etdi, diplomatiyadan xəbəri yoxdur

Fezail agamali

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deputat Fəzail Ağamalı tərəfindən tənqid olunub.   “Qərb Xəbər” məlumat verir ki, deputat Elmira Axundovanı fərarilikdə günahlandırıb: “Doğrudan da Elmira Axundova, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun himayəsi ilə, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi. Peşəsi … Read more

Suriyalı savaşçılar Ukraynaya göndərildi – Putindən yeni həmlə

Sytian soldiers

Suriyalı döyüşçülər Ukrayna sərhədinə gəlib.   “Qərb Xəbər” Sfera.az-a istinadla məlumat verir ki,  ötən həftə Yaxın Şərqdən Ukraynaya döyüşçülərin gələcəyini açıqlayan Putin planını həyata keçirib. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, indiyədək 40 mindən çox suriyalı döyüşçü Rusiyaya müraciət edib, onlardan 400-ü Rusiyada Ukrayna sərhədi yaxınlığındakı düşərgələrdə təlimlərə başlayıb. Digər tərəfdən, Kiyevdə partlayış səslərinə … Read more

Psaki: ABŞ Rusiya iqtisadiyyatını tamamilə çökdürüb

Sanctions to russia

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın müttəfiqləri ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq Rusiya iqtisadiyyatını sanksiyalarla çökdürdüyünü bildirib.   “Qərb Xəbər”  məlumat verir ki, bu barədə Psaki gündəlik brifinqdəki çıxışı zamanı bildirib. “Biz ukraynalıların Rusiyaya qarşı daha yaxşı müqavimət göstərə bilməsi üçün bu ölkəyə sanksiyalar tətbiq etdik. Onlar gələcək barədə düşünməlidir”,- deyə Psaki … Read more

İntiqam Babayevə yeni vəzifə verildi

Intigam baba

Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayev yeni vəzifəyə təyin edilib.   “Qərb Xəbər”  məlumat verir ki, İntiqam Babayev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin olunub. qerbxeber.com

Ukraynadan 10 minə yaxın soydaşımız təxliyyə edilib – Baş nazirdən açıqlama

Ukraynadan texliyye edilen soydaslarimiz ukraynadakı azərbaycanlılar

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir. Bu gün səhər saat 9-a olan məlumata görə, 9 246 azərbaycanlı Ukraynadan ölkəmizə təxliyə olunub”.   “Qərb Xəbər”  məlumat verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib. O bildirib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı … Read more

Azərbaycanda sümük iliyi ilə bağlı donor bankı yaradıla bilər – Nərgiz Əliyeva açıqladı

Hematoloq Nərgiz Əliyeva

Azərbaycanda sümük iliyi köçürülməsi ilə bağlı 117 nəfər növbə gözləyir.   “Qərb Xəbər” məlumat verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin pasiyentlər donoru olan şəxslərdir: “İl ərzində təxminən 30 xəstə əməliyyat edilə bilər”. N.Əliyeva əlavə edib ki, ölkə … Read more

Azərbaycan XİN İrəvana təqdim edilən 5 maddəlik şərtlərini xalqa açıqladı – Gələcəkdə belə qarşılıqlı ərazi iddialarının olmaması…

1555491096 xin

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana təqdim olunan təklifləri açıqlayıb.   “Qərb Xəbər”  məlumat verir ki, nazirliyin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib: “Azərbaycan və Ermənistan arasında … Read more

“Saxta veteranlıq və əlillik təyinatı almış şəxslər cinayət məsuliyyəti daşıyır” – Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Prokuror

Saxta veteranlıq və eyni zamanda əlillik təyinatı almış şəxslər cinayət məsuliyyəti daşıyır. “Qərb Xəbər” məlumat verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib. F.Həsənəliyev qeyd edib ki, burada vətəndaşın əmlakının ələ keçirilməsi də varsa, cinayət işinə dələduzluq halı da əlavə edilir. qerbxeber.com

“Bütün sahələrdə israfçılıq var, hökuməti bunun qarşısını almağa çağırıram” – Deputatdan etiraz

Tahir rza

“İsrafçılıq, demək olar, bütün sahələrdə var. İsrafçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var”.   “Qərb Xəbər”  məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Rzayev deyib. Deputat bildirib ki, toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur: “Aydındır ki, … Read more

“Prezidentin istənilən səfəri Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır”- Baş nazirdən dövlət başçısına irad

Garibshvili

Gürcüstanın xarici siyasəti ölkə parlamenti və hökumət tərəfindən müəyyən edilərək həyata keçirilir, ona görə də Prezidentin istənilən görüşü və səfəri Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır.   “Qərb Xəbər” məlumat verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.   O bildirib ki, Prezidentin xarici səfərləri ilə bağlı Gürcüstan hökuməti ilə razılaşmaq öhdəliyi var. Baş … Read more

“Azərbaycan “yaşıl” enerji sahəsinə yarım milyard dollar yatırım cəlb edib” – Nazirdən önəmli açıqlama

Energetika naziri Pərviz Şahbazov

240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyası və 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası ilə Azərbaycanın “yaşıl” enerji sahəsinə yarım milyard dollardan çox xarici sərmayə yatırılır.   “Qərb Xəbər” məlumat verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb. Nazir əlavə edib ki, layihələrin Azərbaycan dövləti tərəfindən vəsait qoyulmadan reallaşdırılması ölkənin sabit … Read more

İcra Hakimiyyət başçısının müavini işdən çıxarıldı

Rövşən Əhmədov

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Əhmədov işdən çıxarılıb.   “Qərb Xəbər”  məlumat verir ki,  “Unikal”ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Rafil Hüseynov müvafiq əmr imzalayıb. Hələlik birinci müavin vəzifəsinə təyinat yoxdur. qerbxeber.com