Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deputat Fəzail Ağamalı tərəfindən tənqid olunub.
“Qərb Xəbər” məlumat verir ki, deputat Elmira Axundovanı fərarilikdə günahlandırıb: “Doğrudan da Elmira Axundova, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun himayəsi ilə, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi. Peşəsi jurnalist idi və parlamentdə də hər zaman populist çıxışları ilə yadda qalmışdı. Qayıdıb gələndən sonra isə dedi ki, unutmayın ki, mən qadınam. Qadınsansa, sənin o diplomatik missiyada nə işin var? Həm də orda artıq fiziki gücə ehtiyac yox idi. Orada iradəyə, düşüncəyə, ağla, insanlığa, sədaqət hissi olan bir insana ehtiyac var idi. Nə edəcəkdi ki? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”