Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Polşaya atılan PUA-ların pərdə arxası- Politoloq Kamran Cəfərovun təhlili

11 sentyabr / 17:32 4 dəq
Kamran cƏfərov
11 sentyabr / 17:32
Burada sizin reklamınız ola bilər
Bir çoxları hələ də Polşa hava məkanında baş verənlərin əhəmiyyətini dərk etmir. Məsələ dronların sayında və ya Polşa hava məkanına daxil olma məqsədlərində deyil – bu hadisə strateji xarakter daşıyır.
Nə baş verib və nə baş verir?
Uzaqdan başlayaq.
Yəqin ki, çoxunuz “qaynadılan qurbağa” eksperimentini eşitmisiniz. Eksperimentin mahiyyəti belədir: əgər qurbağanı birbaşa qaynar suya atsan, o dərhal tullanaraq sudan çıxacaq. Amma onu soyuq suya qoyub suyu yavaş-yavaş qızdırmağa başlasan, qurbağa təhlükəni hiss etməyəcək və nəticədə öləcək.
Bu analoqu yadınızda saxlayın – ona qayıdacağıq.
Nüvə dövrü və eskalasiya strategiyaları
1945-ci ildə ABŞ dünyada nüvə silahına sahib olan ilk ölkə oldu. Ardınca:
1949 – SSRİ,
1952 – Böyük Britaniya,
1960 – Fransa,
1964 – Çin.
Beləliklə, dünyada bir neçə ölkə dəhşətli dərəcədə güclü silaha sahib oldu.
Uzun illər ərzində dünyanın hərbi-siyasi strategləri nüvə silahından nə zaman və hansı hallarda istifadə edilə biləcəyi barədə xüsusi alqoritmlər işləyib hazırladılar. Bununla yanaşı, qarşı tərəfin nüvə zərbəsi endirməsinin qarşısını almaq üçün “təhlükəsizlik texnikası” da formalaşdı.
Məsələn, Rusiyanın məşhur “deeskalasiya üçün eskalasiya” konsepsiyası var. Onun mahiyyəti belədir: kritik vəziyyətdə qarşı tərəfin az əhalisi olan ərazisinə nisbətən kiçik nüvə zərbəsi endirmək və ardınca ultimatum irəli sürmək:”Bunu və bunu edin, yoxsa növbəti zərbəni strateji obyektlərinizə endirəcəyik.”
Amma bu strategiyanın bir mühüm məhdudiyyəti var: bu, yalnız nüvə silahı olmayan ölkələrə qarşı işləyir. Əgər həmin ölkənin nüvə gücünə sahib və güclü orduya malik müttəfiqi varsa, o deyə bilər:” Əgər siz nüvə zərbəsi endirsəniz, biz nüvə silahı işlətmədən sizə dağıdıcı cavab verəcəyik.”
Xatırlayırsınızsa, məhz bu xəbərdarlığı ABŞ 2022-ci ilin payızında Rusiyaya açıq şəkildə etmişdi.
Başqa sözlə, hər nüvə dövlətinin öz “qaynadılan qurbağa” strategiyası var.
Baydenin və Trampın yanaşmaları
Ukrayna müharibəsində bunu Baydenin siyasətində gördük: ABŞ addım-addım, mərhələ-mərhələ Ukraynaya daha çox və daha güclü silahlar göndərirdi. Başqa sözlə, Bayden “qurbağanı (Putin) yavaş-yavaş qaynadılan suya oturtdu” və “qazanın qapağını bağladı.”
Amma Tramp hakimiyyətə gələndən sonra “qapaq açıldı” və “qurbağa (Putin)” qazandan tullanıb çıxdı.
Bugünkü hadisələr
İndi isə Polşa hadisələrinə qayıdaq:
Bu gün gördüyümüz hücum Polşaya qarşı dağıdıcı zərbə deyildi, amma suveren dövlətin hava məkanının pozulması faktı baş verdi.
Bu, döyüş hücumu deyil, amma təxribat xarakterli hücumdur – eskalasiya pilləkənində daha bir addımdır.
Başqa sözlə, Putin indi artıq “qurbağanı qaynatmaq” istəyir.
Üç gün əvvəl, müharibə başlayandan bəri ilk dəfə olaraq, Ukrayna Nazirlər Kabinetinin binasına raket atıldı. Qərbin reaksiyası nə oldu? Heç nə.
Bu gün isə Polşaya qarşı kütləvi dron hücumu baş verdi. Putin sanki Trampa sual ünvanlayır:”Nə deyirsən, TrUmp?”
Nə etməli?
Bu situasiyada adekvat cavab – Ukraynaya silah tədarükünü kəskin artırmaq və yeni sanksiyaları tətbiq etməkdir.
Hazırda ABŞ istisna olmaqla demək olar ki, bütün Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Artıq Vaşinqtonun da bu prosesə qoşulmasının vaxtı yetişib.
Əgər Qərb addımlarını sərtləşdirməsə və Rusiyaya qarşı daha aqressiv siyasət yürütməsə, Putin “qurbağanı qaynatmağa” davam edərək Qərbin birliyini parçalamağa çalışacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı