Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

“Prezidentin istənilən səfəri Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır”- Baş nazirdən dövlət başçısına irad

15 mart / 14:35 2 dəq
Garibshvili
15 mart / 14:35
Burada sizin reklamınız ola bilər

Gürcüstanın xarici siyasəti ölkə parlamenti və hökumət tərəfindən müəyyən edilərək həyata keçirilir, ona görə də Prezidentin istənilən görüşü və səfəri Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır.

 

“Qərb Xəbər” məlumat verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Prezidentin xarici səfərləri ilə bağlı Gürcüstan hökuməti ilə razılaşmaq öhdəliyi var.

Baş nazir hökumətin Salome Zurabişviliyə xaricə səfər üçün icazə verməməsini hazırkı beynəlxalq vəziyyətlə izah edib. O vurğulayıb ki, hökumətin bütün üzvləri Ukraynada genişmiqyaslı müharibə kimi çətin regional proseslərin getdiyi bir dövrdə Prezidentin ölkədə qalmasını məqsədəuyğun hesab edir və bu səbəbdən hökumət onun xaricə səfərinə razı olmayıb.

Qaribaşvili qeyd edib ki, Gürcüstan konstitusiyası hökumətə Prezidentin bu cür səfərlərinə icazə verib-verməmək səlahiyyəti verir.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bu gün Prezident Salome Zurabişvilini xaricə səfərləri ilə bağlı ölkə Konstitusiyasını pozmaqda ittiham edərək Konstitusiya Məhkəməsinə verəcəyini bəyan edib.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı