Son günlər sosial şəbəkələrdə Qazaxdan olan aktivistlər Qazax şəhərində şəhid bulaqlarından su gəlmədiyi barədə videolar paylaşırlar. “Qərb Xəbər” olaraq Qazax şəhərində monitorinq keçirdik. Şəhid adına olan bulaqlardan su gəlmədiyini müşahidə etdik. Su gəlməyən bulaqların 1-ci Qarabağ şəhidlərinin adına olduğunu gördük. Su gələn bulaqlarda var, onlar isə 2-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin adına olan bulaqlardır. Məsələ ilə bağlı “Qərb Xəbər”ə Azərsu 8 nömrəli Qazax regional filialının rəhbəri Alı Hüseynov bildirdi ki, bununla əlaqədar işlər gedir və biz yaxın günlərdə sözü gedən bulaqları təmir edib istifadəyə verəcəyik. “Qərb Xəbər” olaraq bu məsələni əsas diqqət mərkəzində saxlayacağıq.
Ağstafada arı vurması nəticəsində ölən gənc dəfn zamanı ayılıb
24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.YENİLƏNİB❗️Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı … Read more