Son günlər sosial şəbəkələrdə Qazaxdan olan aktivistlər Qazax şəhərində şəhid bulaqlarından su gəlmədiyi barədə videolar paylaşırlar. “Qərb Xəbər” olaraq Qazax şəhərində monitorinq keçirdik. Şəhid adına olan bulaqlardan su gəlmədiyini müşahidə etdik. Su gəlməyən bulaqların 1-ci Qarabağ şəhidlərinin adına olduğunu gördük. Su gələn bulaqlarda var, onlar isə 2-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərimizin adına olan bulaqlardır. Məsələ ilə bağlı “Qərb Xəbər”ə Azərsu 8 nömrəli Qazax regional filialının rəhbəri Alı Hüseynov bildirdi ki, bununla əlaqədar işlər gedir və biz yaxın günlərdə sözü gedən bulaqları təmir edib istifadəyə verəcəyik. “Qərb Xəbər” olaraq bu məsələni əsas diqqət mərkəzində saxlayacağıq.
© 2022 QərbXəbər – Developed by Arcod Technology
- +994703208557
- info@qerbxeber.com