Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, hazırkı vəzifəsində ölmək istəmir.
“Qərb Xəbər”in məlumatına görə, o, ölkənin mənafeyini müdafiə etmək üçün kifayət qədər səlahiyyətinin olduğunu deyib.
“Mən bütün ömrümü xalqın mənafeyinə xidmət üçün həsr etmişəm və bu vəzifədə də ölmək istəmirəm”, – Lukaşenko qeyd edib.
Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətin övladlarına – oğulları Dmitri, Viktor və Nikolaya keçməsini də istisna edib.
“Varislik, davamlılıq haqqında bütün söhbətləri dayandırmaq lazımdır, mənim övladlarım prezident olmayacaq”, – Lukaşenka deyib.