Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Qazax sakinində narkotik aşkar olunub

Polis

Qazax sakinində narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə daxil olan məlumat əsasında Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Rüstəm Abdullayev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə külli miqdarda narkotik madd olan “heroin” … Read more

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir

4ca9cace 12ed 3517 b849 bab08914f1f7

İranın ali rəhbəri ayətulla Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək. “Qərb Xəbər” bu barədə “Report”a istinadən məlumat verir. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə … Read more

Ağstafada usta hündürlükdən yıxılaraq ölüb

Images (1)

Ağstafa rayonunda yerli sakin ehtiyatsızlıqdan evin damından yıxılaraq dünyasını dəyişib. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü A.Misirov usta kimi işlədiyi evin damından yerə yıxılıb. Bu zaman ağac parçası onun bədəninə batıb. Ağır xəsarət alan zərərçəkmiş xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas … Read more

Şəmkirdə 2 avtomobil toqquşub

Car crash qəza

Şəmkir rayonunda avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. “Qərb Xəbər”in məlumatına görə, 2 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində, 1954-cü il təvəllüdlü F.Mərdanov, 1961-ci il təvəllüdlü Y.Hacıyeva, 1985-ci il təvəllüdlü S.Məsimova və daha bir azyaşlı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və normal qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti qalxıb

242949

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. “Qərb Xəbər” məlumat verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün … Read more

Şəmkir və Ağstafa Gürcüstanın Marneuli və Qardabani şəhərləri ilə qardaşlaşacaq

5f869af1d6ca8

Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq. “Qərb Xəbər” bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verir. Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin … Read more

Tbilisidə yaşayış binasında yanğın baş verib, xəsarət alanlar var

8f0719a8 1156 39e7 8eb3 0b339f77c53d

Tbilisidə Tamar Mepe küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında yanğın baş verib. “Qərb Xəbər” məlumat verir ki, sakinlər təxliyə olunub. Hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Tüstüdən zəhərlənən 10-a yaxın şəxsə isə təcili tibbi yardım göstərilib. Alov bir neçə mənzili və birinci mərtəbədə yerləşən kommersiya obyektlərini əhatə edib. Yanğın artıq lokallaşdırılıb. İlkin ehtimallara əsasən, … Read more

Ərdoğan-Paşinyan danışıqları nə vəd edir?

7c00ee4260592f61aab58a901d0edef4 rdo an pa inyan 25 jpg

Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığında hər iki tərəf Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər. İki ölkə lideri münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə … Read more

Tovuz döyüşlərində şəhid olanların xatirəsi yad edildi

157d4fb9 64aa 3364 b71d a24bceb40b70

Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

“Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ölkənin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin, eləcə də xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülüb.

 

Dmanisidə yeddinci zəlzələ qeydə alınıb

25de3980f6cad6

İyulun 11-i Dmanisidən 25 kilometr cənub-qərbdə yerləşən Sameba kəndi yaxınlığında yeddinci zəlzələ qeydə alınıb. “Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata əsasən, sonuncu yeraltı təkan Tbilisi vaxtı ilə saat 17:54-da 3.7 bal gücündə baş verib. Qeyd edək ki, bundan əvvəl 10:24-də 3.1 bal, 10:14-də 3.2 bal, … Read more

Tovuz döyüşlərindən 2 il ötür

Ca40f214 a0a9 3874 ad3d bb342d92cc52 850 (1)

Bu gün Tovuz döyüşlərinin başlamasından iki il keçir. 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrini – Ağdam, Dondar … Read more

Tovuzdakı qətllə bağlı cinayət işi açılıb

62cc96a16ce2562cc96a16ce26165757507362cc96a16ce2162cc96a16ce23

Tovuzda 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə bağlı cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib. “Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb. … Read more

DYP sürücülərə müraciət edib

7caa2f56 b509 3ac2 845e f486dfdd25f0

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət edib. “Qərb Xəbər” bildirir ki, Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında … Read more

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

62cd1842ee2b362cd1842ee2b51657608258edf5a0233d9f8912d8762070be7b3685

İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib

4d26ec58 b7a7 34ed b55a 5d37b110cb9d

Şəmkirdə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü İ. Əliyevi avtomobil vurub. Nıticədə piyada ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırmalara başlanılıb.

Gədəbəy, Şəmkir və Tovuz rayonlarında qaz kəsiləcək

Qaz tebii

“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” məlumat yayıb. Məlumata görə, bununla bağlı bu gündən başlayaraq 3 gün … Read more

Tovuzda kütləvi dava olub

Indir (9)

Tovuz rayonunda kütləvi dava qanla bitib. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış edib

12e1231b 307a 41b6 a6e0 a645ed501eb3

Biçindən dərhal sonra sonra payızlıq əkin üçün müəyyən hazırlıq işləri görülməlidir, fermerlər biçindən dərhal sonra yay şumunun aparılmasını vacib əməliyyat hesab etməlidirlər. ‘Qərb Xəbər’ məlumat verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib. Onun sözlərinə görə, fermerlər bu istiqamətdə işlərini təşkil etməlidirlər: “Aqrotexniki əməliyyatlar içərisində ən vacib əməliyyat yay şumun aparılmasıdır, bölgələrdən … Read more