Tbilisidə Tamar Mepe küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
“Qərb Xəbər” məlumat verir ki, sakinlər təxliyə olunub.
Hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Tüstüdən zəhərlənən 10-a yaxın şəxsə isə təcili tibbi yardım göstərilib.
Alov bir neçə mənzili və birinci mərtəbədə yerləşən kommersiya obyektlərini əhatə edib.
Yanğın artıq lokallaşdırılıb.
İlkin ehtimallara əsasən, hadisəyə qısa qapanma səbəb olub.