Bu gün Milli Mətbuat Günü ilə əlaqədar Qazax GİKM-nin təşkilatçılığı ilə Gənclər Mərkəzində jurnalistlərlə görüş keçirilib.
Tədbirdə regionda fəaliyyət göstərən “Göyəzən.Az”, “BölgəninSəsi.Org”, “MediaXəbərləri.Az” saytlarının əməkdaşları, eləcə də, “Sputnik Azərbaycan”ın bölgə müxbiri, “Gənc könüllülər”, Qazax rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru İsmayıl Süleymanov Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında ətraflı məlumat verib. İ.Süleymanov gələcəkdə media qurumları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Daha sonra “MediaXəbərləri.Az” saytının baş redaktoru Ələddin Qarayev KİV nümayəndələrinə göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda mərkəzin fəaliyyətinə göstərdikləri media dəstəyinə görə “Göyəzən.Az” və “BölgəninSəsi.Org” saytları təşəkkürnamə ilə təltif olunub.