Ali Məhkəmənin sədri Tovuzda vətəndaşları qəbul edəcək
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyulun 15-də Tovuz rayonunda Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Qərb Xəbər” Ali Məhkəmənin mətbuat xidmətinə istinadən bildirir ki, vətəndaşların qəbulu Tovuz Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Tovuz şəhəri, A.Qasımov küçəsi 17) saat 10:00-da başlanacaq.
Vətəndaşlar qəbula Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayon məhkəmələrində (əlaqə telefonları: (077) 322-02-32, (077) 301-35-35, (050) 420-45-99və (051) 516-30-30), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı