Ağstafada “Azəriqaz”dan əhaliyə saxta borc bildirişləri paylandığı barədə xəbər vermişdik.
“Qərb Xəbər”in məlumatına görə, şikayətçilər “Azəriqaz”ın Şəmkir Regional Qaz İdarəsinin Ağstafa texniki sahəsinin rəhbərliyinə müraciət edəndə onlar əlavə yazılan borcları yaxın zamanda siləcəklərini bildiriblər. Lakin bugünə qədər borc yerində qalır.
S.Babayev, C.Babayev, F.Dolq, N.Həsənov, A.Hacıyev və onlarla şikayətçi borclar silinməyəcəyi təqdirdə Ağstafa rayon icra hakimiyyətinin və Ağstafa texniki xidmət sahəsinin qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.