Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

“Qərb Xəbər” media platforması gəncləri təlimlərə dəvət edir

Cropped qx

Gənclərin diqqətinə! “Qərb Xəbər” media platforması olaraq sizi salamayırıq. Media fəailyyəti ilə maraqlanan gəncləri “Qərb Xəbər”in ofisində təlimlərə dəvət edirik. Təlimlər zamanı foto və video çəklişlər, studiyada iş bacarığı, xəbər yazmaq, sual formalaşdırmaq kimi, mövzulardan bəhz olunacaq. Ətraflı məlumat üçün 070 320 85 57 və 055 329 27 35 nömrələri ilə əlaqə saxlamanız kifayətdir. Qeyd … Read more

Qazaxda “Narkotiksiz Sağlam Həyat” devizi altında Atıcılıq idman növü üzrə turnir keçirilib

9886397f 8814 4157 8378 e2eb82404593

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində 19.10.2022 – ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası “Narkotiksiz Sağlam Həyat” devizi altında Atıcılıq idman növü üzrə açıq Qazax rayon turnirini keçirmişdir.
“Qərb Xəbər” məlumat verir ki, tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edilib.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqqında iştirakçılara ətraflı məlumat verib.

A.Əliyev bildirib ki, layihənin əsas məqsədi Qazax rayonunda insanların, xüsusən də gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışlarının keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam həyat tərzini seçməsinə kömək etmək, gəncləri bədən tərbiyəsi və idmana yönəltməkdir.
Daha sonra ardıcıllıqla çıxış edənlər Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini, Qarabağ müharibəsi qazisi Aliyev Namiq Famil oğlu, Qazi Muşviq Eyyubov, Qazax UGİM direktoru Namazov Rəhim turnir iştirakçılarına uğurlar arzuladılar və gəncləri pis vərdişlərdən uzaq olmağa , bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırmışdırlar.
Mütəxəsislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verildi . Turnirdə 73 gənc qeydiyyatdan keçmişdir. “Qəhramanlar Unudulmur” devizi altında kecirilmiş turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və 4 kateqoriya üzrə qaliblər müəyyən olmuşdur .
Kateqoriyalar üzrə fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimi olmuşdur:
I yer – Əliyev Uğur (25 xal I kateqoriya )
I yer – Məmmədəliyev Məhərrəm (23 xal II kateqoriya)
I yer – Allahverdiyev Orxan (22 xal III kateqoriya)
I yer – Qocayev Yasin (22 xal IV kateqoriya)
II yer – Məmmədov Aqşin ( 21 xal I kateqoriya)
II yer – Orucov Samir ( 20 xal II kateqoriya)
II yer – Hüseyinli Abdullah (18 xal III kateqoriya)
II yer – Namazov Raul (17 xal IV kateqoriya)
III yer – Nadirov Rəvan (16 xal I kateqoriya)
III yer –Məhərrəmov Aqşin (15 xal II kateqoriya)
III yer –İbrahimov Əhməd (14 xal III kateqoriya )
III yer –Ağamalıyev Zirəddin (14 xal IV kateqoriya)
Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.
Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar belə tədbirlərin tez tez kecirilməsini arzulamışlar və Narkotiksiz Sağlam Həyat şuarını səsləndirmişdirlər.

Türkiyə lideri: “Şuşada Baş konsulluq açırıq”

ərdoğan

“Biz də Şuşada Baş konsulluq açırıq”. “Qərb Xəbər”“Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. O, regionda avtomobil yolları ilə yanaşı, dəmir yollarının da çəkilməsinin vacibliyini vurğulayıb: “Bunlar başa çatan kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”. R.T.Ərdoğan Şuşanın Azərbaycanın ən … Read more

Yusifin saatı – Elmar Rzalı / Radio Qərb

Yusifin saatı – Elmar Rzalı / Radio Qərb

► qerbxeber.com – Dünyada və ölkədə baş verən xəbərləri buradan oxuyun

► Facebook: Qerbxeber / https://www.facebook.com/qerbxeber

► G mail info@qerxeber.com

► TikTok QerbXeber / https://www.tiktok.com/@qerbxeber

► İnstagram: qerbxeber / https://www.instagram.com/qerbxeber/

► Radio Qərb: https://qerbxeber.com/radio/

► Twitter: https://twitter.com/QrbXbr1

► QHT: Qazax Regional İnkişaf Resursları İctimai Birliyi (QRİRİB)

►Abunə Olmaqdan çəkinməyin. Çünki hər zaman pulsuzdur: ► https://cutt.ly/eIOOEtK

İZLƏDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR!

Səsiniz batıbsa bunları edin

6350f3841fed86350f3841fed916662496046350f3841fed66350f3841fed7

Səsin qorunması və səs batmasını müalicə üçün tətbiqi məsləhət görülən xeyli resept var. Duzlu su   Duzlu su boğaz ağrısı və boğuq səs üçün faydalı vasitədir. Bu tərkibdən istifadə edərək səsinizi normal hala gətirə bilər və selikdən xilas ola bilərsiniz. Duzlu su boğazdakı infeksiyanın qarşısını ala bilən antiseptik xüsusiyyətinə görə boğaz qıcıqlanmasının azalmasına da kömək … Read more

Qazaxdakı vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün fəaliyyət göstərməyəcək

3e11a272 a611 3f4e ab71 71083a584b91

Bu gündən başlayaraq 20 gün ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Qazax rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək. Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. “Göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız … Read more

Qazaxda “İctimai vəkillik” mövzusunda sonuncu təlim baş tutub

311708929 163147382996872 1155077078067131872 n
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda sonuncu təlim baş tutub.
“Qərb Xəbər” bildirir ki, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən altıncı təlim 20.10.2022-ci il tarixində Qazax rayonu Cəfərli kənd M.Dilbazi adına tam orta məktəbində həyata keçirilib.
İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai Birliyinin təşkil etdiyi təlim kursunda 15 kənd sakini iştirak edib.
Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, “İctimai vəkillik” mövzusunda təlimlər İradə Həsənova tərəfindən keçirilib.

Gürcüstan XİN: Keşikçidağ məsələsi müvafiq komissiya çərçivəsində həllini tapacaq

1429926

Keşikçidağ məsələsi müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapacaq. “Qərb Xəbər” bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin “nazir saatı” formatında çıxışı zamanı deyib. O, Gürcüstan və Azərbaycanın dinamik əlaqələrə malik iki strateji tərəfdaş ölkə olduğunu vurğulayıb: “Biz hər iki ölkənin bir-birinə doğru atdığı addımları yüksək qiymətləndiririk. Qareci (Keşikçidağ-red.) məsələsinə gəldikdə isə, bunun … Read more

Şəmkir sakini xəstəxanada vəfat edib

Xəstəxana

Şəmkirdə 37 yaşlı kişi spirtli içkinin təsirindən ölüb. “Qərb Xəbər”in “APA”ya istinadən məlumatına görə, rayonun Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq 37 yaşlı kişi xəstəxanada ölüb. Məlumata görə o, ağır dərəcəli sərxoş olub və ehtimala görə ürək çatışmamazlığlan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

14589870 1863343910555373 5208852722242718194 o

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. “Qərb Xəbər” bildirir ki, “Qarabağ” “Turan Tovuz”u qəbul edib. “Azersun Arena”dakı qarşılaşma  “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.  

NASA Aya missiyalar üçün kosmik gəmilər sifariş edib

941e9169 b53b 391e b534 1c36039a7e65

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) “Artemis” proqramı çərçivəsində daha üç “Orion” kosmik gəmisi sifariş edib. “Qərb Xəbər”xəbər verir ki, müvafiq açıqlama cümə axşamı kosmik gəmi istehsalçısı “Lockheed Martin” tərəfindən verilib. “Lockheed Martin” şirkəti NASA-nı “Artemis” missiyaları üçün üç “Orion” kosmik gəmisi ilə təmin etmək üçün müqavilə imzalayıb. Vurğulanır ki, gələcəkdə … Read more

Şəmkirdə cinayətkarlığa qarşı tədbir keçirilib

29d6131f d989 3cd4 b02c 3b6d2a65393e

Şəmkir rayonunda İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda cinayətkarlığa qarşı mübarizədə polis vətəndaş münasibətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib. “Qərb Xəbər” bildirir ki, bu barədə Komitədən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən komitə sədrinin müavini Elçin Şirinov layihə barədə danışıb. Layihənin əsas məqsədi Azərbaycanda cinayətkarlığa qarşı … Read more

İlkin Süleymanovun işi üzrə iki məktəbli ifadə verəcək

Nərmin

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Qərb Xəbər” “Bizim.Media”ya xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun vəkilləri vəsatətlərlə çıxış edib. Vəkillər Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın, İlkinin bacısının evdə dərs … Read more

Cəbrayılda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi – CANLI

0edd8f3d 04cd 36e1 93cf d3e360f75041

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. https://www.youtube.com/watch?v=SWW2gVjGUaE

Şagirdlər üçün bəzi saçlar və geyimlər qadağan olunacaq

63512ff2d66bf63512ff2d66c0166626507463512ff2d66bc63512ff2d66bd

Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyəcək. “Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda qeyd olunub. Bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;   ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid … Read more

Gədəbəydə xalçaçılıq təlim mərkəzi yaradılıb

Cfca9ed2b3a36c34de25c6f13ce07984
Gədəbəy rayonunda qadınların məşğulluğunun təmin edilməsi və onlara peşə bacarıqlarının öyrədilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMC) Şirkətinin təşəbbüsünə uyğun olaraq Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində xalçaçılıq təlim mərkəzi yaradılmışdır.
“Qərb Xəbər” məlumat verir ki, xarici mütəxəssislər tərəfindən gündəlik 2 saat olmaqla təşkil edilən təlimlər pulsuzdur və heç bir yaş məhdudiyyəti yoxdur.
Maraq göstərəcək şəxslər ən geci 1 ay müddətinə gərəkli olan peşə bacarıqlarına yiyələnə bilərlər. Daha sonra bu işi müstəqil şəkildə görmək istəyən şəxslər bütün lazımi avadanlıqlarla pulsuz şəkildə təmin ediləcəklər. Məhsulun satışının təşkilinə Rayon İcra Hakimiyyəti və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMC) Şirkəti tərəfindən dəstək göstəriləcəkdir.
Dəyərli xanımlarımız, sizləri bu layihədən yararlanmağa dəvət edirik.
Mərkəzin ünvanı:
Gədəbəy şəhəri, Cavanşir Ağayev küçəsi (Rayon Mərkəzi Xəstəxanasının yanı)
Əlaqə nömrəsi: 050-225-98-53

Gədəbəyin baş memarı vəzifəsindən azad edilib

48d06002 993c 3130 ba0e c176fcae73c1

Gədəbəy rayonunun baş memarı vəzifəsindən azad edilib. “Qərb Xəbər” “Report”a istinadən bildirir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Belə ki, əmrə əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Vidadi Qəmbər oğlu Ələkbərov tutduğu vəzifədən azad olunub. Onun yerinə hələ ki, təyinat yoxdur.

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Hava kulc999k2

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. “Qərb Xəbər” bildirir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 21-dən başlayaraq ayın 23-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, bəzi dağ çaylarından … Read more

Tovuzda təmir olunan tibb məntəqələri istifadəyə verilib

Cbd6a36c566f6d5ceb000b8017847a82

Beynəlxalq Qzıl Xaç Komitəsi tərəfindən Tovuz rayon Əlibəyli kənd tibb məntəqəsi və Əsrik Cırdaxan kənd Ailə sağlamlıq Mərkəzi əsaslı təmir olunduqdan sonra istifadəyə verilib.

“Qərb Xəbər” məlumat verir ki, hər iki tibb məntəqəsinin yenidən istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Qərb regionu üzrə koordinatoru İmran Qurbanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Səhiyyə deleqatı Oscar Danilo Garcia Linarte və Komitənin Səhiyyə koordinatoru Apollo Kinyokie Barassa iştirak ediblər.

Qonaqlara məntəqələrdə aparılan təmir işlərinin ümumi gedişi, yeni yaradılan şərait və tibb otaqları barədə ətraflı məlumat verilib.

RİH başçısının müavini Niftalı Qasımov və TƏBİB-in koordinatoru İmran Qurbanov çıxış edərək sərhəd kəndlər olan Əlibəyli və Əsrik Cırdaxan kəndlərinin strateji cəhətdən önəmli olduğunu bildirib, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə ölkənin, həmçinin Tovuz rayonunun səhiyyəsinə göstərdikləri diqqətə görə təşəkkür ediblər.