“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində 19.10.2022 – ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası “Narkotiksiz Sağlam Həyat” devizi altında Atıcılıq idman növü üzrə açıq Qazax rayon turnirini keçirmişdir.
“Qərb Xəbər” məlumat verir ki, tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edilib.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqqında iştirakçılara ətraflı məlumat verib.
A.Əliyev bildirib ki, layihənin əsas məqsədi Qazax rayonunda insanların, xüsusən də gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışlarının keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam həyat tərzini seçməsinə kömək etmək, gəncləri bədən tərbiyəsi və idmana yönəltməkdir.
Daha sonra ardıcıllıqla çıxış edənlər Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini, Qarabağ müharibəsi qazisi Aliyev Namiq Famil oğlu, Qazi Muşviq Eyyubov, Qazax UGİM direktoru Namazov Rəhim turnir iştirakçılarına uğurlar arzuladılar və gəncləri pis vərdişlərdən uzaq olmağa , bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırmışdırlar.
Mütəxəsislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verildi . Turnirdə 73 gənc qeydiyyatdan keçmişdir. “Qəhramanlar Unudulmur” devizi altında kecirilmiş turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və 4 kateqoriya üzrə qaliblər müəyyən olmuşdur .
Kateqoriyalar üzrə fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimi olmuşdur:
I yer – Əliyev Uğur (25 xal I kateqoriya )
I yer – Məmmədəliyev Məhərrəm (23 xal II kateqoriya)
I yer – Allahverdiyev Orxan (22 xal III kateqoriya)
I yer – Qocayev Yasin (22 xal IV kateqoriya)
II yer – Məmmədov Aqşin ( 21 xal I kateqoriya)
II yer – Orucov Samir ( 20 xal II kateqoriya)
II yer – Hüseyinli Abdullah (18 xal III kateqoriya)
II yer – Namazov Raul (17 xal IV kateqoriya)
III yer – Nadirov Rəvan (16 xal I kateqoriya)
III yer –Məhərrəmov Aqşin (15 xal II kateqoriya)
III yer –İbrahimov Əhməd (14 xal III kateqoriya )
III yer –Ağamalıyev Zirəddin (14 xal IV kateqoriya)
Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.
Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar belə tədbirlərin tez tez kecirilməsini arzulamışlar və Narkotiksiz Sağlam Həyat şuarını səsləndirmişdirlər.