Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Zakir Həsənov Türkiyəyə gedib

Trend zakir hasanov 131014

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo” sərgisində iştirakı planlaşdırılır.

Polis Akademiyasının əməkdaşları Qazaxda şagirdlər ilə görüşüblər

C17254dde99a023e3a9003e70ecf0ed4

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları IX-XI sinif şagirdləri ilə görüşüblər.

“Qərb Xəbər” məlumat verir ki, növbəti tədbir oktyabrın 21-də Qazaxda keçirilib.

Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov akademiyanın üstünlüklərindən danışıb. Burada təhsil alan tələbələrə oxuduğu müddətdə hər cür qayğı göstərildiyini, bütün xərclərin dövlət tərəfindən həyata keçirildiyini, ali təhsil almaq istəyən gənclərə geniş imkanlar açıldığını diqqətə çatdırıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev isə növbəti qəbulda Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən bölgələrdən Polis Akademiyasını seçən gənclərin üstünlük təşkil edəcəyinə, qəbulun sayının artacağına ümid etdiyini qeyd edib.

Sonda tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Akdemiyada gənclərin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər diqqətə çatdırılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Masallı sakinini Ağstafada qatar vurdu

6354b961634256354b9616342616664968656354b961634226354b96163423

Ağstafada 22 yaşlı oğlanı qatar vurub. “Qərb Xəbər”in APA-ya istinadla məlumatına görə, hadisə rayonun Böyük Kəsik stansyasının yaxınlığında qeydə alınıb. Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Əlizadə Abdullayevi dəmiryollu xəttini keçən zaman qatar vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Tovuzda qaz sızması avtomobilin yanmasına səbəb olub

FotoJet (8)

Tovuzda qaz sızması avtomobilin yanmasına səbəb olub. “Qərb Xəbər” bildirir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Rayonun Bozalqanlı kənd sakini Babək İsmayılov idarə etdiyi VAZ 2107 markalı minik avtomobilini nasazlıq səbəbi ilə yolun kənarında saxlayıb. Ancaq Babək İsmayılov yenidən avtomobili işə salmaq istəyən zaman ərazidən keçən qaz xəttində sızma baş verdiyindən yanğın olub. Bu zaman … Read more

Qazaxda 25 yaşlı oğlan bıçaqlanıb

Bıçaq

Qazax şəhərində yerli sakin mübahisə zəminində bıçaqlanıb. “Qərb Xəbər”in məlumatına görə, Qazax şəhərində 1997-ci il təvəllüdlü E.Rəfiyev mübahisə zəminində qarın nahiyəsindən bıçaq xəsarəti alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 2002-ci il təvəllüdlü Ə.Məmmədovdur. Onun saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış … Read more

İran ordusu Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb

1064406

İran Silahlı Qüvvələrinin Quru Qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb. “Qərb Xəbər” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub. Hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır. Qeyd edək ki, bundan əvvəl … Read more

Ağstafada avtomobil qəzası olub

Indir 2022 10 21T160702.413

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, Ağstafa rayon ərazisində “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində 1993-cü il təvəllüdlü N. Sadıqov və 1995-ci il təvəllüdlü E. Əmiraslanov xəsarət alıb. Hər ikisi xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Sürücülər Tovuzda istifadəyə verilən avtomobil keçidindən narazıdır – Video

Tovuzda qadin piyadani avtomobil vurub

Tovuzda yeni istifadəyə verilən avtomobil keçidi qəza şəraitinə və tıxacların yaranmasına səbəb olur.
“Qərb Xəbər” bildirir ki, yeni istifadəyə verilən Tovuz avtomobil keçidi ilə bağlı sürücüləri qane etməyən məqamlar var.
Sürücülərin qeyd etdiyinə görə keçidin işıqlarının yanmaması yol qəzalarının yaranması qəzaya gətirib çıxara bilər. Həmçinin, yol nışanlarının da işıqforun qarşısını kəsməsi sürücülərə ciddi çətinlik yaradır.

Qeyd edək ki, keçidin eni 8 metr, ümumi uzunluğu 420 metrdir.

İranda universitetlər döyüş meydanına çevrilib

03990000 0aff 0242 0b55 08dab3089130 w1080 h608

Oktyabrın 19-da onlarla tələbə Tehranın Əllamə Təbatəbei Universitetinin hüquq fakültəsi qarşısında etiraz aksiyası keçirib. Etirazçılar hökumət rəsmisi içəridə keçirilən konfransda çıxış edərkən “şərəfsiz, şərəfsiz” deyə şüarlar səsləndirib. Sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən hicab qanununu pozduğuna görə saxlanılan 22 yaşlı qadın Məhsa Əmininin ölümündən sonra ölkədə etirazlar səngimək bilmir. Təhlükəsizlik qüvvələri ölkə boyu nümayişçilərə qarşı … Read more

Gədəbəyə qar yağıb

6352d72e70b1e6352d72e70b1f16663734226352d72e70b1a6352d72e70b1c

Gədəbəy və Daşkəsən rayonuna qar yağıb. “Qərb Xəbər” ” APA”-ya istinadən xəbər verir ki, dünən axşam saatlarından ucqar kəndlərə qar yağmağa başlayıb. Daşkəsən rayonunun Qabaqtəpə, Xoşbulaq, Təzəkənd, Alaxançalı, Astaf, Zivlən və Qaraqollar kəndinə qar yağıb.   Qərb bölgəsində qeyri-sabit hava şərati davam edir.

Qazaxda “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində təlimlər başa çatıb

WhatsApp Image 2022 10 21 at 23.19.06 (2)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində təlimlər başa çatıb. “Qərb Xəbər”ə verilən xəbərə görə 20 sentyabr tarixindən start verilən təlimlər (16 mövzu) 10 gün ərzində davam edib və 21 oktyabr tarixində … Read more

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyinin binası

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qazaxda yeni doğulmuş körpənin vəfat etməsi ilə bağlı cinayət işi açılıb

Deti

Qazax rayon sakini Könül Şabanovanın 19.06.2022-ci il tarixdə “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb. Aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməmiş, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən … Read more

Qafanda İran konsulluğunun açılışı olub

F75b70a7dd58c60697833804537d7746

21 oktyabr tarixində Qafanda İran Baş konsulluğunun açılışı olub. “Qərb Xəbər” xəbər verir ki, açılış mərasimində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da iştirak edib. Əmir Abdullahian çıxışında deyib ki, İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Onun sözlərinə görə, İranın siyasəti ölkələrin ərazi bütövlüyünə və beynəlxalq … Read more

Konqres Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi hazırlayır

0e13df10 e776 4f59 8a1d 8055fdb8d64e

ABŞ Konqresi Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi üzərində işləyir. “Qərb Xəbər” xəbər verir ki, demokrat konqresmen Cim Kosta Ukraynaya yeni yardım paketinin nəzərdən keçirilməsi üçün hazırda Konqresin hər iki palatasında danışıqların davam etdiyi barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, məsələyə baxılması noyabrın 8-də keçiriləcək seçkilərdən sonra, lakin yeni Konqresin yanvarın əvvəlində işə başlamasından … Read more

İlham Əliyev: “Dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini qoruyub saxlamaları üçün əlimizdən gələni edəcəyik”

Ilham aliyev president 291217

“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”. “Qərb Xəbər” xəbər verir … Read more

Ağstafada yol qəzası olub

Indir 2022 10 21T160702.413

Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.