Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Azərbaycanda 261 məktəbə direktor təyin olunub

E25783d8 17e9 31bd bbe6 eaaffe783e80

Azərbaycanda 261 məktəbə direktor təyin olunub. Bu barədə”Qərb Xəbər”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, iyul ayından etibarən yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib. Müsabiqənin test imtahanı mərhələsində namizədlərin test və əmək qanunvericiliyi üzrə bilikləri, tənqidi oxu bacarığı və məntiqi təfəkkürü yoxlanılıb. Müsahibə … Read more

Nazirlərin noyabr ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb – SİYAHI

1590136266 nazir

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. “Qərb Xəbər”in məlumatına görə, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır. S/n Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu Qəbulun keçirildiyi … Read more

AMEA-nın yeni prezidenti:”Dünya elminə ölkəmizin tövhə verməsini təmin edək”

C2fb777c 13b5 3c4f ad77 07d4a8db9b4e

“Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək”. “Qərb Xəbər” xəbər verir ki, bunu AMEA-nın yeni seçilən prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib. İ.Həbibbəyli Prezident İlham Əliyevə təşəkkür edib: “Prezident İlham Əliyevə təşəkkür edirəm. Qarşıda AMEA-nın nüfuzunu bərpa etmək və və Akademiyanın yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək baxımından qarşımızda mühüm … Read more

Balinalar gəmiyə hücum etdi – Video

63577d685750863577d6857509166667812063577d685750663577d6857507

Portuqaliya və İspaniyada balinalar gəmilərə hücum edir. “Qərb Xəbər” bildirir ki ,qatil balinalar xüsusilə İber sahillərində gəmilərə tez-tez hücumlar edirlər. Məlumatlara görə, qatil balinalar avqust ayında ovçuların gəmisinə hücum edib və nəticədə gəmini su basıb. Həmin gəmidən 5 nəfər xilas olub. Alimlər hələ də balinaların gəmilərə hücum etməsinin səbəbini tam açıqlaya bilməyib. Araşdırmalara görə, son … Read more

Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib

08b867ca7f0450820ee60abf083f485c

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir. Onun sözlərinə görə, sammitdə üçtərəfli və ikitərəfli məsələlərin bütün sahələr üzrə … Read more

Ukrayna latın əlifbasına keçə bilər

89a989691a05dff3d50aeacbd006e6c0

Ukrayna əlifbasının latın qrafikasına keçməsini tələb edən petisiya bazar ertəsi ölkə prezidentinin saytında qeydə alınıb. Dövlət başçısı tərəfindən baxılmaq üçün petisiya 25 min səs toplamalıdır. Qeyd edək ki, bu ideyanı əvvəllər Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksiy Danilov irəli sürüb. O bildirib ki, kiril əlifbasından imtina ölkədə geniş müzakirə olunmalıdır. Mənbə: TASS

Gədəbəydə quyu qazan kişini cərəyan vurub

63577213ba47963577213ba47a166667521963577213ba47663577213ba478

Gədəbəydə kişini elektrik cərəyanı vurub. “Qərb Xəbər”in məlumatına görə, hadisə Zəhmətkənd kəndində qeydə alınıb. Rayon sakini 41 yaşlı Süleymanov Bəhruz Kərim oğlu səhər saat 9 radələrində qeyd edilən kənddə quru qazarkən onu elektrik cərəyanı vurub. Nəticədə B. Süleymanov yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

Bu gün Günəş tutulacaq – Foto

Gunesh tutulmasi

Bu gün Günəş tutulması baş verəcək. Bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq. Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək. Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq. Xatırladaq ki, … Read more

Tovuz atəşə tutulub

1604484268427 xmnBl9rv

Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı … Read more

Azərbaycan Rusiyaya nota verib

Moscow

2022-ci ilin 20-21 oktyabr tarixlərində Rusiyanın Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar, Səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərilmişdir. Notada xüsusi vurğulanmışdır ki, verilişin … Read more

Rişi Sunak Britaniyanın yeni Baş naziri olub

Bd34bdc7 6bba 3d5a bc27 2477cf799240

Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri olub. “Qərb Xəbər” xəbər verir ki, onun 180 mühafizəkar deputat dəstəkləyib, yeganə rəqibi Penni Mordont isə 30 səs belə toplaya bilmədiyindən namizədliyini geri götürüb. Nəticədə R.Sunak avtomatik olaraq Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib. Bununla da 42 yaşlı siyasətçi Britaniya tarixində son 200 ilin ən gənc Baş naziri olub. Qeyd … Read more

Azərbaycanda əsgər özünə qəsd etdi

63568c1d23d4363568c1d23d44166661634963568c1d23d4163568c1d23d42

Cəlilabadda əsgərin intiharı ilə bağlı araşdırma aprarılır. Bu barədə “Qərb Xəbər”Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 19 yaşlı əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Əliyev və Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar (FOTO)

B8acbf6e6d2c80e000a79f765adcc10a

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar. “Qərb Xəbər”xəbər verir ki, sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib. Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar … Read more

Azərbaycan Prezidenti: “Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib”

Ilham

“Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik”. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib … Read more

“AzTV”dən İrana sərt tənqid – Video

“AzTV”dən İrana sərt tənqid – Video

İranın Azərbaycana qarşı olan qərəzli mövqeyi Azərbaycanın rəsmi dövlət kanalı  AzTV tərəfindən sərt tənqid olunub.

“Qərb Xəbər”  məlumat verir ki, dövlət televiziyasının həftənin yekunlarına dair yayımladığı “Həftə” proqramında məlum məsələ geniş müzakirəyə səbəb olub.

Sərt ritorika ilə çıxış edən AzTV İranın erməni təəssübkeşliyi çəkməsi ilə yanaşı, illərdir işğala göz yummasından da söz açaraq cənub qonşumuzun Azərbaycanla bağlı olan siyasətini tənqid edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında söylədiyi şeirin İranda necə ajiotaj yaratmasını vurğulayan dövlət kanalı cənublu soydaşlarımızın məlum şeir barəsində çəkdikləri videoları da yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Gürcüstan XİN rəhbəri: “Azərbaycanla mehriban qonşuluq əlaqələrimiz mövcuddur”

D1d8f2847d7806b2ba4b19477760a678

“Gürcüstan və Azərbaycanın dərin strateji tərəfdaşlığı və mehriban qonşuluq əlaqələri mövcuddur”. “Qərb Xəbər” “24News.ge”yə istinadən bildirir ki, bu sözləri Tbilisi Beynəlxalq Hava Limanında Azərbaycan prezidenti İlham Əliyevi qarşılayan Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili bildirib. Onun sözlərinə görə, İlham Əliyevin səfəri zamanı iki dövlətin regionda sülh və sabitliyi necə təmin etmələri məsələsi də müzakirə olunacaq. … Read more

İlham Əliyev Gürcüstana səfərə edib

Ilhammm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

Şəmkirdə qətldə şüpəli bilinən şəxs tutulub

Tufeng856

Şəmkirdə qətl törədərək hadisə yerindən qaçan şəxs tutulub. “Qərb Xəbər” bildirir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının … Read more

“Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb

7acc72bc 61f1 4e4c bd7c 7a3267377c93

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb.

“Qərb Xəbər” bildirir ki, Qazax rayonunu əhatə edən layihədə 100-ə yaxın kənd sakini iştirak edib.

Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, 2 ay davam edən layihə çərçivəsində Qazax rayonunun 6 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər keçirilib.