Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşüb

Baf02539 4499 35d2 bbc3 a564a1e77bfb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib. “Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib. Qəbul çərçivəsində nazir ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb

Images 2023 09 22T091945.078

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib. “Qərb Xəbər” in məlumatına görə, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb. Ağdamlılar ikinci hissədə tempi artırıblar. … Read more

Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir

Indir 2023 09 22T090928.625

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. “Qərb Xəbər” bildirir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. “Yüklər artıq fəaliyyətdə olan … Read more

Saakaşvili: “Azərbaycan öz ərazilərini geri alır, Gürcüstan isə müstəqilliyini itirir”

Indir 2023 09 22T090336.373

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bölgədə son baş verən hadisələri şərh edib. “Qərb Xəbər” bildirir ki, Saakaşvili sosial media hesabında Azərbaycanın nəhayət ki, öz ərazilərini geri aldığını, Gürcüstanın isə dövlət müstəqilliyini itirmək yolunda olduğunu yazıb. “Bu gün nə baş verir? Azərbaycan nəhayət öz ərazilərini geri alır, Ermənistan yüz illik rus əsarətindən xilas olur, Ukrayna hərbi-diplomatik cəbhədə … Read more

Nikol “Qarabağda ermənilərə təhlükə yoxdur” deyir…

Asif

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağda mülki ermənilərə birbaşa təhlükə yoxdur, ermənilərin Azərbaycan Ordusu tərəfindən kütləvi öldürülməsi kimi iddialar yalandır” sözləri beynəlxalq müstəvidə Bakıya qarşı ittihamların qarşı yaxşı arqumentə çevrilə bilər. “Qərb Xəbər” xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, Paşinyanın bu açıqlamasının ermənilərin Qarabağdan çıxmasının qarşısını almaq məqsədi … Read more

Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi – Foto

Ceyhun bmt foto

Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi. Mülki şəxslər və obyektlər hədəfdə olmayıb. “Qərb Xəbər” bildirir ki, bu sözləri XİN başçısı Ceyhun Bayramov BMT TŞ-nin Qarabağ üzrə təşkil edilən iclasında çıxışı zamanı bildirib. “Erməni separatçılar texnikaları qəsdən yaşayış məntəqələrinə yaxın … Read more

BMT TŞ-də müzakirə: əleyhimizə və lehimizə kimlər danışır?

Indir 2023 09 22T083401.442

Xəbər verdiyimiz kimi, hazırda BMT TŞ-də Qarabağ üzrə dinləmələr keçirilir. “Qərb Xəbər” bildirir ki, iclasa Albaniya sədrlik edir. Ayrı-ayrı ölkələrin nümayəndələrinin çıxışlarından parçaları təqdim edirik: BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatı tənqid edərək mövcud vəziyyəti “təcavüz” adlandırıb. Fransa BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı silahı yerə qoyan Qarabağ … Read more

Azərbaycan mədəniyyət xərclərini 4 % artırır

De684b87 31f3 3212 bcdb 0598086c0033

2024-cü ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 574,8 milyon manat olması nəzərdə tutulur. “Qərb Xəbər” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,4 % çoxdur.

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini 6 % artırır

Mn1

2024-cü ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manat olması nəzərdə tutulur. “Qərb Xəbər” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6 % çoxdur. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin … Read more

Təhsil xərcləri artırılır

Images 2023 09 21T171643.762

Gələn il proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb. “Qərb Xəbər” bildirir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4549,9 milyon manat (xüsusi çəkisi 12,5 … Read more

Azərbaycanda gələn il icmal büdcə 42 milyard manata yaxın olacaq

Merkezi bank

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir. “Qərb Xəbər” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoz 1 milyard 790,3 … Read more

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 30 %-ə qaldırıb

Indir 2023 09 21T170927.083

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib. “Qərb Xəbər” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 25 %-dən 30 %-ə qaldırılıb. Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il avqustun 24-də keçirilmiş iclasında 17,5 %-dən 25 %-ə çatdırılmışdı.

Xaricdə təhsil alanların peşə tanınması üzrə növbəti imtahanı keçiriləcək

Dim

Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək. Bu barədə “Qərb Xəbər”ə DİM-dən xəbər verilib. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə … Read more

Rəsmi Bakı Fransa XİN başçısına cavab verib

Xin

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib. “Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə … Read more

Azərbaycana kiberhücumların sayı artıb.

Trend elvin shahverdiyev 140623

Azərbaycan ərazisində antiterror tədbirləri başlayandan bəri kiberhücumların aktivliyi artıb. “Qərb Xəbər” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev “Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023″ tədbirində çıxışı zamanı bildirib. O deyib ki, ötən iki gün ərzində bir çox sistemə olan hücumların aktivliyi artıb: “Xüsusilə DDoS, fişinqlərlə bağlı kifayət qədər hücumlar … Read more