Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bölgədə son baş verən hadisələri şərh edib.
“Qərb Xəbər” bildirir ki, Saakaşvili sosial media hesabında Azərbaycanın nəhayət ki, öz ərazilərini geri aldığını, Gürcüstanın isə dövlət müstəqilliyini itirmək yolunda olduğunu yazıb.
“Bu gün nə baş verir?
Azərbaycan nəhayət öz ərazilərini geri alır, Ermənistan yüz illik rus əsarətindən xilas olur, Ukrayna hərbi-diplomatik cəbhədə uğurla irəliləyir. Gürcüstan yekunda 2013-cü ildə itirdiyimiz təkcə beynəlxalq subyektivliyini deyil, həmçinin bir beynəlxalq subyekt olmağını, öz dövlət müstəqilliyini itirməkdədir.
Hərəkət etmək vaxtıdır!”,- deyə Saakaşvili paylaşımında vurğulayıb.
24News.ge