Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Keçmiş rus nazirdən Kremlinə etiraz: “Bu, Rusiyanın məhvi deməkdir” – Putinə qarşı etirazlar yüksəlişdə

11 ay ago
A A
FB_IMG_1646125189058

Tanınmış təcrübəli diplomat, Rusiyanın sabiq Xarici İşlər naziri Andrey Kozırev Ukraynaya qarşı işğal əməliyyatını sərt şəkildə tənqid edib.

 

“Qərb Xəbər” məlumat verir ki, Rusiyanın “Dojd” kanalına açıqlama verən Kozırev Rusiyanın dünyanı nüvə müharibəsilə hədələməsinin onun özünün məhvinə bərabər olduğunu deyib: “Kreml mənim gözlərimin qarşısında Rusiyanı məhv edir. Rusiyanın Qərbi nüvə müharibəsi ilə hədələməsi Rusiyanın özünün məhvi deməkdir. Çünki nüvə zərbəsinə veriləcək qarşılıq Rusiyanı məhv edəcək. Bəs, Rusiyanı niyə məhv etmək istəyirlər?

Qardaş Ukraynaya hücum edilir və oradakı qardaşlarımızı öldürürlər, şəhərləri dağıdırlar və s. Bununla bərabər rus xalqı da, məhv edilir. Bilmirəm bizim hərbçilər nə fikirləşir. Onlar ilk növbədə Rusiya analarını, övladlarını, Rusiya şəhərlərini müdafiə etməlidirlər. Onların ilk vəzifəsi nüvə avantürasına imkan verməməkdir. Əks halda onlar öz vətənlərinin müdafiəsində yox, məhvində iştirak etmiş olacaqlar. Özü də heç bir səbəb olmadan”.

Sabiq XİN rəhbəri Rusiya hərbçilərinə müraciət edərək, onları cinayətdə iştirak etməməyə çağırıb: “Digər yandan Rusiya ordusu qardaş xalqın qətliamında iştirak edir. Bu müharibə cinayətdir. Hərbçilərə müraciət edirəm, cinayətkar əmrlərə tabe olmayın! Qardaşlarımızın qətlinə yönələn əmrlərə heç cür bəraət vermək olmaz. Xoşumuza gəlsə də, gəlməsə də Ukraynalıların necə yaşaması onların öz işidir. Öz səhvinə görə oradakı insanları öldürmək cinayətdir. Hərbçilər bunu durdurmalıdır”.

Rusiya diplomatlarının fəaliyyətini “qeyri-kafi” qiymətləndirən Kozırev onların diplomat yox, “lakey” olduqlarını deyib. Həmçinin, qeyd edib ki, Rusiya Ukraynanı vaxtilə Əfqanıstanda olduğu kimi, biabırçılıqla tərk edəcək: “Təəssüf ki, Ukraynanı Əfqanıstanda olduğu kimi, biabırçılıqla tərk etməli olacağıq. Hələ üstəgəl, təzminat da ödəməli olacağıq. Böyük iqtisadi itki veririk və bu, hələ başlanğıcdır. Üstəgəl də Ukraynadakı dağıntılara görə təzminat da ödəyəcəyik. Orada xalq döyüşür. Xalqla döyüşmək olmaz!”

qerbxeber.com

Son xəbərlər

63dea3bae48c863dea3bae48c9167553529063dea3bae48c663dea3bae48c7

ABŞ kosmik müharibəyə hazırlaşır

05 Fevral 2023
16754148967051944_1200x630

Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

05 Fevral 2023
FotoJet (9)

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır

05 Fevral 2023
bıçaqqqqqqqqqq

Şəmkirdəki dəhşətli qətlin təfərrüatları

04 Fevral 2023
indir - 2023-02-04T140245.799

Qobustan qoruğu haqqında məlumat

04 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.