Yazarlar

Arıqlamaq Niyə Lazımdır? Tərəzi yalan demir, amma hər şeyi də demir”

Dünən / 23:30 6 dəq
Elnur hoca
Dünən / 23:30
Burada sizin reklamınız ola bilər
 Arıqlamaq haqqında çox yazılar oxumuşuq, çox məsləhətlər eşitmişik. Bu mövzu artıq gündəlik söhbətlərin ayrılmaz hissəsinə çevrilib.
Görəsən niyə? Arıqlamaq bu qədərmi vacibdir? Arıqlamaqda məqsəd nə olmalıdı?
Ən böyük yanlış anlayış budur ki, arıqlamağı sadəcə bədən ölçüsünü kiçiltmək və ya estetik dəyişiklik kimi görürük. Halbuki bu, məsələnin yalnız görünən tərəfidir.
Artıq çəki təkcə estetik məsələ deyil. Müasir tibbdə o, metabolik sindromun əsas komponentlərindən biri kimi qəbul olunur və ürək-damar xəstəlikləri riskini bir neçə dəfə artırır.
İnsan bədəni sadəcə yaşamaq üçün verilmiş mexanizm deyil. O, həyatın bütün yükünü daşıyan canlı sistemdir. Hər artıq kilo isə bu sistemə əlavə yükdür.
Fəlsəfi baxımdan artıq çəki insanın öz təbii balansından uzaqlaşmasının əlamətidir.
Təbiətdə hər şey tarazlıq üzərində qurulub: gecə və gündüz, nəfəs alma və vermə, hərəkət və dayanma.
Bu tarazlıq tibbdə “homeostaz” adlanır .
Yəni orqanizmin daxili sabitliyini qoruma qabiliyyəti.
İnsan bu balansı itirəndə harmoniya pozulur.
Arıqlamaq isə bu harmoniyanı bərpa etməkdir . Öz ritminə, sağlam halına qayıtmaqdır.
Sosial və tibbi baxımdan artıq çəkinin həyat keyfiyyətinə təsiri elmi olaraq sübut olunub.
Əksər hallarda özünəinam azalır, insan daha passiv olur, narahatlıq və gərginlik artır. Müasir həyat tərzi, uzun saatlar oturaq iş, qeyri-müntəzəm qidalanma və xroniki stress, bu prosesi daha da sürətləndirir.
Sağlam çəkiyə yaxınlaşdıqca isə yuxu yaxşılaşır, enerji artır, emosional sabitlik güclənir.
Yəni insan sadəcə arıqlamır — özünə qayıdır.
Bir anlıq xatırlayaq:
Daha yüngül olduğumuz vaxtlarda pilləkən qalxmaq necə rahat idi.
Ayaqqabınnın ipini bağlamaga əyiləndə nəfəsimiz daralmırdı.
Güzgü qarşısında cox dəyanmırdıq, çünki narahatlıq yox idi.
Gəzinti yorucu deyildi , əksinə,daha zövqlü idi.
Çünki bədən yüngül olanda həyat da yüngül olurdu — yorğunlugumuz az, hərəkətimiz azadlaşırdı.
Artıq çəki həm də metabolik yükdür.
Xüsusilə daxili orqanların ətrafında toplanan visseral piy hər zaman aktiv hormonal toxuma olaraq qalır. Bu piy toxuması iltihabi mediatorlar ifraz edərək orqanizmdə xroniki aşağı səviyyəli iltihab yaradır. Bu isə həm insulin müqavimətini gücləndirir, həm də damar sisteminə zərər verir.
Yəni onun artması insulin müqavimətini yüksəldir, 2-ci tip diabet riskini artırır, qaraciyər piylənməsinə və damar problemlərinə səbəb olur.
Damar divarlarında yığılan maddələr qan axınını zəiflədir, elastikliyi azaldır. Yəni sadəcə çəki almırıq , həm də orqanizm daxilən daha sürətlə qocalmaga başlayır.
Coxlari arıqlamaqi aclıq kimi , özünü cəzalandırmaq kimi görür .
Əgər az yeməyi arıqlamaq hesab ediriksə, bilməliyik ki, bədən bunu məhrumiyyət kimi qəbul edəcək. Halbuki düzgün yanaşma bədəni məhrum etmək deyil, onu balanslı şəkildə qidalandırmaq və metabolizmi dəstəkləməkdir.
Çünki yemək aclığın cavabı olmaqdan çıxıb emosional sığınacağa çevriləndə, insan təkcə artıq cəkini deyil, daşıya bilmədiyi hissləri belə yığmağa başlayır.
Neçə kilo getdi, neçə santimetr azaldı və s. İfadələrlə nəticəni yalnız rəqəmlərlə ölçməyə calışırıq.
Halbuki dəyişiklik təkcə tərəzidə yox , enerjidə, nəfəsdə, əsas da ümumi vəziyyətdə və dəyərdə hiss olunmalıdır.
Ürəyimizi qorumaq, qaraciyərə dəstək olmaq, görməni və ümumi sağlamlığı gələcək risklərdən müdafiə etmək özünə hörmətin ən yüksək formasi kimi dəyərləndirilməlidir.
Bu isə daha uzun və keyfiyyətli həyat yaşamaq təmin etmək deməkdir.
İndi isə özümüzə səmimi bir sual verək:
Biz həqiqətən nə daşıyırıq — artıq çəki, yoxsa artıq yük?
Çoxumuzun cavabı yəqin ki, eyni olacaq: artıq yük.
Bəs bu yükdən necə azad olaq?
Burda vacib bir nüansa toxunaq: yanlış düşüncə budur- bu cəkimi atım, sonra xoşbəxt olacağam.
Yaxşı, bəs cəki azalmasa? O zaman xoşbəxt ola bilmərik?
Bu düşüncə insanı əvvəlcədən məğlubiyyətə aparır.
Çünki xoşbəxtlik nəticə deyil — prosesin özündə formalaşır.
Düzgün qidalanmağa başladığımız gün, rahat nəfəs aldığımız an, hərəkətin asanlaşdığı vaxt dəyişiklik artıq başlayır.
Təbiətdə heç nə birdən baş vermir.
Ağac bir gecəyə böyümür.
Daş belə yonula-yonula heykələ çevrilir.
Bədən də eyni prinsiplə dəyişir — zaman, səbir və ardıcıllıqla.
Ona görə də bu yükdən azad olmağın ilk addımı bədəni dəyişmək deyil — həyata münasibəti dəyişməkdir.
Deməli, arıqlamağın əsl fəlsəfəsi bədənin formasını dəyişdirməkdən çox, insanın özünə verdiyi dəyərə və münasibətə baglidir
Əgər bu yazını oxuyarkən gözünümün önünə anamız, atamız, qardaşımız dostumuz və ya hansisa bir əzizimiz gəldisə — bu təsadüfi deyil.
Çünki hər birimizin həyatında artıq çəkidən əziyyət çəkən ən az bir yaxın insan var.
Bu məqaləni onunla paylaşın. Bəlkə də bu sözlər məhz elə onun üçündür. Bəzən bir cümlə insanın həyatında çox şeyi dəyişə bilir.
Unutmayaq: bədənimiz bizimlə mübarizə aparmır .
O, sadəcə bizim seçimlərimizin nəticəsini yaşayır.
Hörmətlə: Elnur Nemətov,
Nutrisoloq, dietolog
Paylaş
Burada sizin reklamınız ola bilər