Qafqaz

Sinəsi xaçlıların təzyiqinə boyun əysəydik, İcevanın yarısını itirmişdik-Paşinyan

Bu gün / 20:49 2 dəq
Pasinyan 4
Bu gün / 20:49
Burada sizin reklamınız ola bilər

Əgər 2024-cü ildə təzyiqə təslim olub fərqli bir yol seçsəydik, bu gün İcevanın ən azı yarısını itirərdik.

Qerbxeber.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 29 mayda Tavuş bölgəsində keçirilən seçki kampaniyası zamanı arxiyepiskop Baqrat Qalstanyanın “müqəddəs mübarizə”sindən danışarkən deyib.

“Onların etdikləri, o cümlədən sinələrindən xaç asmaqları Ermənistan dövlətinə qarşı sui-qəsd idi. Hətta bu gün də xaçlı insanlar sui-qəsd hazırlayırlar. Əgər xalqımız xaçlı insanların ardınca düşsəydi, bu gün ən yaxşı halda İcevanın yarısını keçərdilər.

Bu gün İcevan azaddır, bu gün İcevan çiçəklənir. Bu gün Kirantsda bir məktəb var, Kirants uşaqları təhlükəsizlik qorxusu olmadan yaşayırlar”, – o bildirib.

Qeyd edək ki, söhbət Azərbaycanın 4 kəndinin geri qaytarılmasından gedir. Geri qaytarmaqdan imtina ediləcəyi halda Azərbaycan Ordusu hərəkətə keçə bilərdi.

Paylaş
Burada sizin reklamınız ola bilər