Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 5 il ötür

F6cfde41 45bf 33db a945 fb4cee0d2292 825

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 5 il ötür. Qerbxeber.com xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmisi düşüb. Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Qeyd edək ki, Bərdə şəhəri 5, … Read more

Gürcüstanda müxalifətin liderləri saxlanıldı

Gürcüstan həbs

Gürcüstan polisi hökumətin devrilməsinə çağırış edən etiraz aksiyalarının beş təşkilatçısını həbs edib. Qerbxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib. Nazir müavininin sözlərinə görə, Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda, habelə bu cinayətləri təşkil … Read more

Şəmkirdə avtomobil aşdı-Yaralılar var

Qəza mashin

Şəmkirdə minik avtomobilinin aşması nəticəsində xəsarət alanların adları məlum olub. Qerbxeber.com APA-nın məlumatına əsasən xəbər verir ki, xəsarət alanlar Bərdə rayon sakinləri; 1995-ci il təvəllüdlü N. İsmayılova, 1995-ci il təvəllüdlü S. Bayramov, 1964-cü il təvəllüdlü C. Mirzəyeva, 2014-cü il təvəllüdlü M. Bayramzadə, 2016-cı il təvəllüdlü A.Bayramzadə və 2019-cu il təvəllüdlü Y Bayramzadədir. Xatırladaq ki, Bərdə … Read more

Müəllim olmaq…-Bir ingilis dili müəlliminin xatirəsi

Müəllim kimdir

Bir gün sinifdə ingilis dilində şərti cümlələri izah edirdim. Aylardan dekabr idi. Taxtaya ingiliscə bir cümlə yazdım: “Bəli uşaqlar, taxtada “Əgər çox varlı olsaydım, anam üçün … alardım”, – yazılıb. Cümlədəki boşluğu xəyal gücünüzdən istifadə edərək doldurun. Aydın oldumu?” – dedim. Elə görünürdü ki, hamı anlamışdı, çünki səssizcə payladığım balaca vərəqləri götürdülər və gözlərini tavana … Read more

Fransanın Azərbaycanla əlaqələri, Cənubi Qafqazda Ermənistan vektorlu siyasətindən imtina deyil- Asif Nərimanlının təhlili

Aliyev makron

Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında görüşən Əliyevlə Makron ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib. Bu görüş Bakı-Paris xəttində normallaşma gözləntilərini önə çıxarır. Münasibətlərin kəskinləşməsi 44 günlük müharibədə Fransanın Ermənistana açıq dəstəyi, müharibədən sonra Bakıya qarşı beynəlxalq müstəvidə İrəvanla birlikdə təzyiq planları qurmasından qaynaqlanırdı. Paris Bakıya qarşı siyasətində bir neçə hədəfə çatmağa çalışırdı. … Read more

Ukraynada sərnişin qatarı vuruldu-Ölən və yaralananlar var

Qatar yangin

Rusiya ordusunun Ukraynanın Sum vilayətində sərnişin qatarına zərbəsi nəticəsində ən axı 30 nəfər yaralanıb. Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sum vilayətinin hərbi rəhbəri Oleq Qriqoryev məlumat verib. Zərbəyə məruz qalan qatar Şostka-Kiyev marşrutu üzrə hərəkət edirmiş. Zərbə nəticəsində vaqonda yanğın baş verib.

Gürcüstanda səsvermə yekunlaşdı

Gurcustan seçki

Gürcüstanda saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Qerbxeber.com xəbər verir ki, bu barədə  GÜrcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat verib. Bildirilib ki, məntəqələrdə seçki prosesi sakit şəraitdə keçib. Qeyd olunub ki, saat 17:00-a olan vəziyyətə görə, seçki məntəqələrinə 1 milyon 175 min 817 seçici gəlib ki, bu da ümumi seçici sayının 33,5%-i deməkdir. Qeyd edək ki, … Read more

Müxalifət Gürcüstan DİN-ə müraciət etdi: Bizə tabe olun!

Tbilisi 40 ci gün

Gürcüstan Daxili İşlər Nazirliyini Bidzina İvanişvilinin qanunlarına yox, bizə tabe olmağa çağırırıq”. Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Gürcüstanın müxalif Milli Demokrat Partiyasının keçmiş sədri İrina Sarişvili sosial şəbəkədə yayımladığı videomüraciətdə deyib. Siyasətçi müxalifətin bu gün Tbilisidə planlaşdırdığı mitinqlə bağlı bildirib ki, gürcü xalqı konstitusiyanı pozmaq niyyətində deyil. “Daxili İşlər Nazirliyi bizi qanunları … Read more

İranda inqilabi qərar: Hicab qanunu ləğv edilir

Hicab iran

İranda uzun sürən mübarizədən sonra hicab qanunu ləğv edilib. Qerbxeber.com xəbər verir ki,bu barədə Bakupost.az İran mediasına istinadla bildirir ki, İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər belə bir bəyanatla çıxış edib. O qeyd edib ki, hüquqi baxımdan hicab qanununun icrası mümkün deyil: “İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir … Read more

Gürcüstanda etirazçılar Prezident sarayına basqın edib

Tbilisi etiraz prez

Gürcüstan paytaxtında etirazçılar prezident sarayının Atoneli küçəsində yerləşən həyətinə basqın ediblər. Bu barədə TASS məlumat yayıb. Sarayın həyətində etirazçılarla polis arasında toqquşma baş verib. Polis bibər qazından istifadə edərək nümayişçiləri geri çəkilməyə məcbur edib. Etirazçılar geri çəkiliblər, lakin etirazçılar yenidən binaya basqın etməyə cəhd edib. Onlar hasarı aşıblar. Keçmiş opera müğənnisi və müxalifət tərəfdarı Paata … Read more

Saakaşvili: Höküməti darmadağın edəcəyik

President of Georgia Mikheil Saakashvili in Tbilisi, March 22,

Gürcüstan hökumətini geri çəkilməyə məcbur edəcəyik”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik. İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik. İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik. İndiyədək yığışıb-dağılışırdıq, indi onları darmadağın etmək üçün … Read more

Anna Akopyan Ərdoğanın kitabını oxudu,oxumayanlara tövsiyyə etdi

Anna akopyan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim”. Qerbxeber.com xəbər verir ki, bu barədə  Teleqraf Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sosial media hesabında yazısına əsasən məlumat verib. Baş nazirin xanımı digər oxuculara da kitabı mütaliə etməyi məsləhət görüb: “Onu digər elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm … Read more

Ərdoğanın sözlərini Ermənistan rəsmən təstiqlədi

ərdoğan erdoğan erdogan

“Ermənistanla Türkiyə arasında siyasi dialoq yüksək səviyyədədir”. Qerbxeber.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanla Ankara arasında münasibətlərin normallaşması ilə bağlı danışıqların uğurla davam etməsi barədə açıqlamasını şərh edərkən deyib. “Layihələr həyata keçiririk, məsələn, sərhəddəki körpünün təmiri. Ünsiyyətdən və münasibətlərin normallaşmasından, regionda sabitlikdən, sülhdən … Read more

Qonşu ölkədə xalq meydanlara axışdı..

Tbilisi mtnq

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər. Qerbxeber.com xəbəri verir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tiflisin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tiflis Şəhər Şurasının binası qarşısında quraşdırılıb. Təşkilatçılardan biri olan … Read more

Türkiyə HƏMAS-ın Trampın sülhə cavabını alqışlayıb

Ərdoğan tramp

Türkiyə HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın sülh planına verdiyi cavabı alqışlayıb. Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Sultanbəyli Kütləvi Açılış və Təməlqoyma mərasimində danışıb. O qeyd edib ki, Qəzzada iki ildir davam edən savaşa son qoyulması üçün səylə çalışılır: “Biz bütün imkanlarımızı səfərbər etmişik. Dünən Donald Trampla danışığımızın əsas … Read more

Bakıda və regionlarda külək güclənəcək

Hava kulc999k2

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı … Read more

KİV: Sabah İsrail və HAMAS Misirdə danışıqlara başlayacaq

Israil guytyt

İsrail və HAMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq. Qerbxeber.com xəbər verir ki, bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək. ABŞ tərəfindən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək. Ehtimal olunur ki, Prezidentin keçmiş müşaviri Cared Kuşner … Read more

III MDB Oyunları: Azərbaycan güləşçisi qızıl qazandı

Gules 478767

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçısı bəlli olub. Qerbxeber.com xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl medalın sahibi olub. Final görüşləri davam edir. Xatırladaq ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

“Qarabağ” “Kəpəz”i məğlub etdi

1744365529 azerbaycanpremyerliqasi

Azərbaycan Premyer Liqasının VII turunun növbəti oyun günündə “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib. Qerbxeber.com xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Baş hakim Nicat İsmayıllının idarə etdiyi matçda hesabı 38-ci dəqiqədə Sami Mmae açıb. Bu nəticədən sonra Qurban Qurbanovun komandası 13 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. … Read more