Qazaxıstan prezidenti Azərbaycana səfərə gəlib

Tokayev bakuda

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qerbxeber.com xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər … Read more

Tbilisidə gərginlik davam edir: Kobaxidze qərbyönlü etirazçıları həbslə hədələyib

Kobaxidze y

Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətə qarşı çıxan fəalları həbslə hədələyib. Bu bəyanat Tbilisidə seçkilərdən sonra kütləvi etirazların ardınca səslənib. “Bir neçə nəfər artıq həbs olunub. Onlar, əsasən, çevriliş cəhdinin təşkilatçılarıdır”, – Kobaxidze oktyabrın 5-də jurnalistlərə deyib. “Heç kim cəzasız qalmayacaq… Dövlətə və hüquq-mühafizə orqanlarına qarşı törədilən zorakılığa görə çoxları cəzasını gözləsin”, – o əlavə … Read more

Polşa ordusunu tam döyüş hazırlığına gətirib

Polşa ordusu

Rusiyanın bütün Ukrayna ərazisinə hava hücumları etməsi fonunda Polşa və NATO-dakı müttəfiqləri yerüstü qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətiriblər. Rusiyanın hücumları Polşa sərhədinin yaxınlığındakı Lvovda da müşahidə edilir. Burada azı 5 nəfər həlak olub. Polşanın Operativ Komandanlığı döyüş hazırlığını artırmasını ölkənin hava məkanının təhlükəsizliyinin təmini məqsədiylə əlaqələndirib. Keçən ay Rusiya PUA-ları Polşa hava məkanını daxil … Read more

Krımda neft bazası və aeroport Ukrayna tərəfindən vuruldu

Ukrayna rusiya bomb

Krımda “Saki” aerodromu və Feodosiya şəhərindəki neft bazası dron hücumuna məruz qalıb. Qerbxeber.com bildirir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb. Məlumata görə, Novofedorovkada yerləşən “Saki” aerodromu ərazisində partlayış səsləri eşidilib. Ardınca bölgədə hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilib. Təxminən bir saat sonra Feodosiyadakı neft bazası vurulub.

Ukrayna Rusiyanın partlayıcı istehsalı zavodunu vurdu

Sverdlovs zavod

Oktyabrın 6-na keçən gecə Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində, eləcə də Nijni Novqorod şəhərinin özündə10-dan çox partlayış baş verib. Qerbxeber.com xəbər verir ki, bu barədə APA  Rusiyanın “SHOT” “Telegram” kanalına istinadla məlumat yayıb. Məlumata görə, Dzerjinsk şəhərində Sverdlov adına zavoda iki pilotsuz təyyarə zərbəsi endirilib. Zavodun Rusiyanın hərbi sənaye kompleksinin mühüm hissəsi olduğu bildirilir. Məlumatına … Read more

Fridrex Merts: Avropada dron təxribatlarını Rusiyanın törətdiyi istisna deyil

Mertz

Almaniya Kansleri Fridrix Merts son həftələrdə Avropanın bir sıra hava limanlarının üzərində müşahidə edilən və hava nəqliyyatında ciddi fasilələrə səbəb olan çoxsaylı dron uçuşlarının arxasında Rusiyanın dayandığını istisna etmir. Qerbxeber.com bildirir ki, bu barədə AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər yayıb. Kansler ARD telekanalında yayımlanan bir proqramda bu barədə deyib: “Bizim ehtimalımıza görə, bu dron uçuşlarının əksəriyyətinin … Read more

Aİ liderləri Gürcüstanda bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yaydı

Kallas ve kos

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Qerbxeber.comnAZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə Gürcüstanda oktyabrın 4-də yerli seçkilərin müxalifətin sıxışdırılması fonunda keçirildiyi bildirilib. Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu … Read more

Türkiyə və Özbəkistan prezidentləri Azərbaycana gələcək

ərdoğan mirziyayev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək. Qerbxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək. Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə … Read more

Ürəyi Sağlam Saxlamağın Sirri: Niyə düzgün qidalanmırıq və necə dəyişə bilərik?-Elnur Nemətovun yazısı

Elnur nemətov 4

 Son zamanlar ətrafımızda və sosial şəbəkələrdə tez-tez ürək çatışmazlığından dünyasını dəyişən insanlarla bağlı xəbərlər alırıq. Bu cür hadisələr bizi bir müddət özümüzə qarşı daha diqqətli olmağa vadar edir, amma bir az keçəndən sonra yenidən arxayınlaşır, hər şeyi unuduruq. Niyə bu belə olur? Ümumiyyətlə, gəlin baxaq — ürəyi davamlı qorumaq üçün hansı addımları atmalıyıq? Ürək sağlamlığı … Read more

Tbilisidə etirazçılar Rustaveli prospektini bağlayıb

Tbilisi yeni

Etirazçılar Tbilisidə Gürcüstan parlamentinin yaxınlığındakı Rustaveli prospektini bağlayıblar. Oktyabrın 5-də müxalifət tərəfdarlarının çağırışı ilə minə yaxın sakin Gürcüstan parlamenti yaxınlığında toplaşıb. Etirazçılar ölkənin, eləcə də Avropa İttifaqının və Ukraynanın bayraqlarını dalğalandırıblar . Aksiya başlayandan bir saat sonra onlar Rustaveli prospektinə çatıb və nəqliyyatın hərəkətini dayandırıblar. Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçirilib. Vətəndaşlar şəhər və bələdiyyə … Read more

Almaniya sanki soyuq müharibə vəziyyətindədir-Boris Pistorius

Boris pistorius1

“Almaniya müharibə vəziyyətində deyil, lakin mövcud situasiya Soyuq Müharibəyə bənzədilə bilər”. Qerbxeber.com Teleqraf–a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Handelsblatt” qəzetinə müsahibəsində bildirib. Nazir deyib: “Xeyr, biz müharibə vəziyyətində deyilik. Atəş səsləri yoxdur, lakin təxribatlar mövcuddur. O, son dövrlərdə qeydə alınan hibrid hücumlara diqqət çəkib. Pistorius əlavə edib ki, Almaniya … Read more

Kaya Kallas:Rusiya uğursuzluğunu terrorla ört-basdır edir

Kallas

Rusiya uğursuz yay hücumunu dinc əhaliyə qarşı terrorla ört-basdır edir. Qerbxeber.com xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. “Biz lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcəyik. Növbəti sanksiyalar paketini yekunlaşdıracağıq, maliyyə təmin edəcəyik və silah tədarük edəcəyik. Rusiya buna məcbur edilmədikcə, dayanmayacaq”, – Kallas bildirib.

Zelenski: Putini dayandırmaq üçün ABŞ və Avropa birgə hərəkət etməlidir

Zelenski (1)

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə ölkənin yenidən Rusiya tərəfindən kütləvi hücuma məruz qaldığını açıqlayıb. Hücum zamanı 50-dən çox raket və 500-dən çox zərbə dronu, o cümlədən qanadlı raketlər, Shahed PUA-ları və “Kinjal” raketləri istifadə edilib. Qerbxeber.com xəbər verir ki, bu barədə o özünün “Telegram” kanalında yazıb. Zelenski bildirilib ki, hücumların hədəfi Lviv, İvano-Frankivsk, Zaporojiye, Çerniqiv, … Read more

Daur İsmayılov Marneulinin meri seçilib

Daur İsmayılov

“Gürcü Arzusu” partiyasının Marneuli meri vəzifəsinə namizədi Daur İsmayılov yerli seçkilərdə 94% səs əldə edib. Qerbxeber.com Gürcüstan mediasına istinadla xəbəri verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən məlum olur. Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo – Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7%, “Bizim Vahid Gürcüstan” … Read more

Emin Əmrullayev Azərbaycan müəllimlərini təbrik etdi

Emin əmurullayev

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Qerbxeber.com xəbər verir ki, o, bu barədə Feysbuk hesabında paylaşım edib. “Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm”, – paylaşımda bildirilir. Qeyd edək … Read more

Müharibənin 1320-ci günü Rusiyanın itkiləri

Rus tank ukrayna1

Ukrayna müharibənin 1320-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 115 250 hərbçi, 11 230 ədəd tank, 23 299 ədəd zirehli döyüş maşını, 33 446 ədəd artilleriya sistemi, 1 516 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 224 … Read more

Rusiya Lvovu vurdu…

Ukrayna rusya getty

Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib. Qerbxeber.com xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovıy məlumat yayıb. Onun sözlərinə görə, zərbələr nəticəsində şəhərin bir neçə rayonunda elektrik enerjisi kəsilib, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, bir neçə yaşayış evi dağılıb. “Sakinlərdən təhlükəsiz yerlərdə qalmalarını xahiş edirəm. Hazırda küçədə olmaq təhlükəlidir”, – mer bildirib. Lvov … Read more

Qəzza danışıqları üçün nümayəndələr Qahirədə toplanır

Israil (1)

Təxminən iki ildir davam edən Qəzza müharibəsinə son qoymaq məqsədilə planlaşdırılan danışıqlardan əvvəl nümayəndələr Misirin paytaxtı Qahirədə toplanmağa başlayıblar. Qerbxeber.com xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb. Məlumata görə, Misirin dövlətə yaxın media qurumları xəbər verib ki, HAMAS və İsrail rəsmiləri bazar və bazar ertəsi günləri birbaşa olmayan danışıqlar aparacaqlar. “Ağ Ev”in məlumatına görə, ABŞ Prezidenti Donald … Read more

“Çelsi” son çempionu məğlub etdi

68e1706fb63b12fd7de1175e

İngiltərə Premyer Liqasında VII turun görüşləri davam edir. Qerbxeber.com xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Çelsi” evində son çempion “Liverpul”u sınağa çəkib. Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Matç “zadəganlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Moises Caicedo londonluları 14-cü dəqiqədə hesabda irəli çıxarıb, 63-cü dəqiqədə Kodi Qakpo hesabı bərabərləşdirib. Qələbə qolunu 90+6-cı … Read more

III MDB Oyunlarının medal sıralamasında Azərbaycan ikinci yerdədir

17595316995118733898 1200x630

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir. Qerbxeber.com xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 157 (89-40-28) medalla liderdir. Azərbaycan isə 139 medalla ikinci pillədə qərarlaşıb: 23 qızıl, 44 gümüş və 72 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 84 (20-23-41) medal. Bu günə qədər III MDB Oyunlarında 9 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, … Read more