Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Anna Akopyan Ərdoğanın kitabını oxudu,oxumayanlara tövsiyyə etdi

4 oktyabr / 19:43 2 dəq
Anna akopyan
4 oktyabr / 19:43
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim”.

Qerbxeber.com xəbər verir ki, bu barədə  Teleqraf Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sosial media hesabında yazısına əsasən məlumat verib.

Baş nazirin xanımı digər oxuculara da kitabı mütaliə etməyi məsləhət görüb:

“Onu digər elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistandakı mütəxəssislər onu dərc edildikdən dərhal sonra oxuyacaqlar. Maraqları beynəlxalq münasibətlərə aid kitabların əhatə dairəsindən kənarda qalan, amma qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlər üçün bunu deyim:

Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarının nəzərdən keçirilməsi və təşkilatı dövrümüzün çağırışlarına cavab vermək üçün real alətlər dəsti ilə təmin etməkdən bəhs edir. Müəllifin fikrincə, dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə bağlı qala bilməz: “Dünya beşdən böyükdür”.

Kitabda bəşəriyyətin durumu, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün, 25 milyona yaxın qaçqın olduğu barədə məlumatlar da öz əksini tapıb.

Kitabın adı “Daha ədalətli dünya mümkündür”. Əlbəttə, daha ədalətli dünya mümkündür”.

Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial media hesabında Türkiyə liderinin kitabını oxumağa başaladığını yazmışdı.

Rəcəb Tayyib Ərdoğan sözügedən kitabı ötən ilin sentyabrında Nyu-Yorkda görüşdə Nikol Paşinyana hədiyyə etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı