Hadisə

Azad edilmiş ərazilərdə ötən həftə 277 mina aşkarlanıb

23 oktyabr / 16:29 1 dəq
Indir 2023 10 23T162831.590
23 oktyabr / 16:29
Burada sizin reklamınız ola bilər

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 611,4 hektar ərazi minadan təmizlənib.

Paylaş
Burada sizin reklamınız ola bilər