Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Qazax

Qazaxda narkotik satışına görə 5 nəfər saxlanılıb

10 yanvar / 11:29 2 dəq
659e3fca744dd659e3fca744de1704869834659e3fca744da659e3fca744dc (1)
10 yanvar / 11:29
Burada sizin reklamınız ola bilər

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli Eyvaz Bayramov üzərindən aşkarlanan heroini Maral adlı qadından aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində narkotik maddəni satmaqda şübhəli bilinən Maral Osmanova saxlanılıb və onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə narkotik vasitə olan heroin və müxtəlif psixotrop həblər aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Elcan Dilbazinin yaşadığı evə baxış keçirilən zaman oradan 36 ədəd kibrit qutusunda saxlanılmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə gətirilən, Tovuz rayon sakini Ramil Verdiyevdən metamfetamin, Qazax rayon sakini Azər Yusifovdan isə heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, ov silahlarını polisə könüllü təhvil veriblər. 4-ü yivli olmaqla ümumilikdə 15 silah polis əməkdaşları tərəfindən qəbul edilərək müvafiq ekspertizaya təqdim edilib.

Foto

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı