Dünya

Bu gün Saakaşvilinin növbəti məhkəmə iclası keçiriləcək

10 yanvar / 10:23 1 dəq
659e356f60e54659e356f60e551704867183659e356f60e52659e356f60e53
10 yanvar / 10:23
Burada sizin reklamınız ola bilər

Bu gün Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin “pencək işi” üzrə növbəti məhkəmə iclası keçiriləcək.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, iclas saat 11:00-da Tbilisi Şəhər Məhkəməsində başlayacaq. Saakaşvilinin məhkəmədə iştirak edib-etməyəcəyi hələki məlum deyil. İş üzrə sabiq Prezident Saakaşvili, həmçinin Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəhbəri Teymuraz Canaşiya qrup şəklində külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham edilir.

Dövlət ittihamçısı müttəhimləri büdcədən təxminən 9 milyon lari mənimsəmədə ittiham edir.

Müdafiə tərəfi ittihamları əsassız hesab edir.

Paylaş
Burada sizin reklamınız ola bilər